Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək? - VİDEO
14:57 12.12.2020
Cəmiyyət
439
Sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud fikirlər əhali arasında narahatlıq yaradıb.
Bu məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək üçün aidiyyəti orqanlara müraciət etdik.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev sözügedən iddiaların əsassız olduğunu deyib.
O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskaların çeşidlərinə və ya rənglərinə hər hansı bir məhdudiyyət tətbiq olunmur:
“Sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə ərazisində bütün qapalı və açıq məkanlarda, ictimai yerlərdə müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladım ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya