Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq
08:31 06.12.2023
Cəmiyyət
430
Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq.
"Report"un əldə etdiyi məlumata görə, bu, "Milli təhlükəsizlik haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsində müvafiq müddəanın dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzitədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi tapşırılıb.
Sözügedən sahədəki müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi çərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çerçivə Konvensiyasında dəniz ətraf mühiti" ifadəsinin işlənildiyi nəzərə alınaraq, "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik edilməsinə zərurət yaranıb.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi