Deputat siqnal verdi !- “Böyük köç başlayacaq” – Yurda qayıdış !
Turan
08:24 30.12.2020
Cəmiyyət
696
Dövlət büdcəsi Milli Məclisin iclasında üçüncü oxunuşdan keçərək qəbul olundu. Gələn ilin dövlət büdcəsi yeni reallıqlara uyğunlaşdırılaraq hazırlanıb. Yeni reallıqlar pandemiyaya qarşı effektiv mübarizəninin davam etdirilməsi və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlıdır. Məlumat üçün deyək ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da bu illə illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat, yəni 2,8 faiz çoxdur.
Qəbul edilən büdcə ilə bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisadçı-ekspert Azər Badamov deyib ki, 2021-ci ilin dövlət büdcəsi manatla ifadədə maliyyə tutumuna və işğaldan azad olunmuş ərazilərin bərpasına maliyyənin nəzərdə tutulmasına görə əvvəlki illərdən fərqlidir.
Deputatın sözlərinə görə, gələn ilin dövlət büdcəsi büdcə gəlirləri və xərcləri artırılmaqla bütün proqramların 2021-ci ildə də davam etdirilməsinə hesablanıb:
“2021-ci ilin dövlət büdcəsində 38,9 faiz sosial xərclərin yer alması dövlətimizin apardığı sosial siyasətin davam etdirilməsinə sadiqliyini göstərir. Müdafiə xərclərinin 500 milyon artırılması isə ordumuzun müdafiə qabiliyyətinin artırılmasının prioritet kimi qalmasıdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərbası dövlət büdcəsinin qarşısında duran birinci vəzifədir. Bu məqsədlər üçün dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Düşünürəm ki, dövlətimiz 2021-ci ildə qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturun yenidən qurulmasına və mərhələli şəkildə yaşayış yerlərinin bərpa edilməsinə, böyük köçün başlanmasına nail olacaq”.
Parlament üzvü vurğulayıb ki, 2021-ci ildə ölkəmizdə aparılan sosial siyasətin davamı olaraq pensiyalar və müavinətlər artırılacaq:
“Nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetiriləcək. Əhalinin aztəminatlı təbəqəsinin sosial rifahı daha da yaxşılaşacaq. Ümumiyyətlə , 2021-ci ildə ölkədə 3,6 faiz iqtisadi artım, infilyasiya isə 3 faiz ətrafında proqnozlaşdırılır. Qəbul etdiyimiz dövlət büdcəsi gələn ildə ölkəmizdə makroqitisadi sabitliyin qorunmasına və sosial-iqtisadi islahatların uğurla davam etdirilməsinə imkan yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm