Deputatlar da “dilə gəlir”: Məmurlar qanundan sui-istifadə edirlər – Boşluqlar var!
Yusif Nəzərli
10:22 29.12.2021
Cəmiyyət
854
“Milli Məclis yanında qanunvericilik institunun yaradılması vacibdir”
“Qəbul edilən hər bir qanun qəbul edilərkən ,burda bütün tərəflərin maraqları təmin edilməlidir”
“Belə olduqda yaranmış boşluqaları da aradan qaldırmaq mümkün olar və heç kəs bundan sui-istifadə edə bilməz”
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova Oxu.Az-a müsahibə verib. Xanım parlamentari bildirib ki, ölkə qanunlarındakı boşluqlardan məmurlar istənilən şəkildə istifadə edirlər.
Maraqlıdır, qanunvericilikdə sözügedən boşluqlar hansı səbəblərdən yaranır? Bəs məmurların eləcə də digər şəxslərin bundan sui-istifadə etməsinin qarşısını necə almaq olar?
Sualmızı cavablandıran “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev “Sherg.az”a bildirib ki, hansısa qanunda problem varsa, Milli Məclis onun həlli istiqamətində fəaliyyətini daha da dərinləşdirməlidir:
“Azərbaycan qanunvericiliyi yetərli qədər hüquq və azadlıqların təmin edilməsinə imkan verir. Bilirik ki,Qanunvericilik zamanla stabil qalmayıb inkişaf edir. Bununla yanaşı qanunvericiliyin tətbiqi sahəsində fəaliyyət göstərən şəxslər, deputatlar da burda olan boşluqların, problemlərin vətəndaşların xeyirinə həll olunmasına çalışmalıdır. Daha bundan sui-istifadə etməyə cəhd göstərməməlidirlər”.
Hüquqşünas müxtəlif vaxtlarda deputatlar, eləcə də ayrı-ayrı şəxslər tərəfindən təklif olunan Milli Məclisin yanında qanunvericilik institunun yaradılmasının vacibliyini vurğulayıblar:
“Qəbul edilən qanunlar bu qurum tərəfindən ciddi şəkildə təftiş olunmalı ziddiyyətli məqamlar, boşluqalar varsa, sui-istifadə hallarına yol verilibsə, aradan qalırılmalıdır. Normativ hüquqi aktlar haqqında qanuna görə ,istənilən qanun qəbul edilməzdən əvvəl onun hüquqi ekspertizası həyata keçirilməlidir. Təəssüf ki, biz praktikada bu ekspertizanın həyata keçirildiyini görmürük. Əgər olursa da, həmin nəticələr müvafiq qurumların saytlarına yerləşdirilmir”.
Ə.Nuriyevin qənaətinə görə, qanunvericiliyin hazırlanması prosesinə bütövlükdə vətəndaş cəmiyyəti, özəl sektor geniş miqyasda cəlb olunmalı və qanun layihələri ilə bağlı digər normativ hüquqi xarakterli aktlar geniş ictimai dinləmədən keçirilməlidir :
“Bu praktikadan da bizim dövlət orqanları istifadə etmir. Etsələr də, bunu fraqmental olaraq edirlər. Beləcə həmin qanunlarda boşluqlar yaranır.Digər tərəfdən qanunların icrasında məsul olan şəxslər heç də bütün hallarda onların icrasını istəmirlər. Çünki bu mexanizmlər qanundan istifadə edən hər bir şəxsə imkan verir ki, o öz hüquq və azadlıqlarının təmin edilməsini tələb edə bilsin”.
Hüquqşünas problemin digər səbəbini Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktların ümdə xarakter daşıması və onların hər hansı bir ictimai müzakirədən keçməməsində görüb:
“Onlar vətəndaş cəmiyyətini bu prosesə cəlb etmirlər. Qəbul edilən hər bir qanun qəbul edilərkən ,burda bütün tərəflərin maraqları təmin edilməlidir. Belə olduqda yaranmış boşluqaları da aradan qaldırmaq mümkün olar və heç kəs bundan sui-istifadə edə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi