Deqati yeni televiziya layihəsinə başladı - VİDEO
Yusif Nəzərli
13:13 11.10.2021
Cəmiyyət
365
Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati “Azad Azərbaycan” telekanalında “Foto Diqqət!” adlı yeni birgə layihənin icrasına başlayıb.
Bu barədə fotojurnalist öz “YouTube” kanalında paylaşım edib.
Qeyd edək ki, sentyabr ayının 27-dən etibarən başlayan layihə çərçivəsində dünyaca məşhur fotoqrafın 90-cı illərin Qarabağ və Vətən müharibələri dövründə çəkdiyi fotoşəkillər videohekayə formatında izləyicilərin diqqətinə çatdırılır.
Sözügedən videohekayələrdə müharibənin məhv etdiyi insan taleləri, eləcə də Azərbaycan əsgərinin şücaəti əks etdirilir. Reza Deqati çəkdiyi hər bir fotonun tarixçəsindən bəhs edərək vaxtilə işğal altında olan və dağıntıya məruz qalan ərazilərimizdə baş verənləri şəkillər vasitəsilə nümayiş etdirir.
Qarabağ həqiqətləri barədə mütəmadi olaraq dünya ictimaiyyətini və beynəlxalq medianı məlumatlandırdığını vurğulayan R.Deqati “Foto Diqqət!” layihəsini 44 günlük müharibədə qələbəyə imza atmış Azərbaycan xalqına hədiyyə etdiyini bildirib.
“Azərbaycanla bağlı həqiqətləri fərqli dillərdə və müxtəlif platformalarda paylaşmağa davam edəcəyəm. Bu məsuliyyətli işin icrasında ADA Universiteti də öz dəstəyini əsirgəmir. Universitetlə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 30 ilə yaxın müddət ərzində Qarabağ müharibəsilə bağlı çəkdiyim arxiv şəkillərimi sərgiləyəcəyəm”, - deyə fotojurnalist əlavə edib.
Qeyd edək ki, 44 bölümdən ibarət olan birdəqiqəlik videohekayələri “Azad Azərbaycan” telekanalında axşam saat 20:30 xəbərlərindən dərhal sonra izləmək mümkündür. Hekayələr noyabr ayının 10-dək nümayiş etdiriləcək.
Layihənin tanıtım çarxına keçid vasitəsilə nəzər sala bilərsiniz.
Reza Deqatinin rəsmi sosial media hesabında Qarabağ müharibəsini əks etdirən şəkillərlə tanış olmaq mümkündür:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət