
Dini kitabı yandırmaq "ifadə azadlığı" deyil
10:15 11.08.2023
Cəmiyyət
618
"İslama qarşı mübarizə əks effekt verəcək"
Son zamanlar Avropada, İsveç və Danimarkada islamafobların təşkilatçılığı ilə ard-arda Quran nüsxələri yandırılmaqdadır. Təəssüf doğuran hal odur ki, bütün bu çirkin hərəkətlər ölkə rəhbərliklərinin icazəsi və hüquq-mühafizə orqanlarının müdafiəsi altında həyata keçirilir. İsveçin paytaxtı Stokholm şəhərində Quranın yandırılması üçün növbəti aksiyaya da icazə verilib. Avqustun 14-də baş tutacaq vandalizm aktının təşkilatçısı İraqdan olan mühacir Salvan Najemdir. Qeyd edək ki, o, əvvəllər həmyerlisi Salvan Momika ilə birlikdə oxşar hərəkətlər edib. Najem bu mənfur əməlini yenə parlament binası qarşısında yerinə yetirmək niyyətindədir. Ondan öncə İran əsilli 47 yaşlı Marian Bayram İsveçdə Malaren gölünün sahilində manqalda Quranı yandırıb. Bu aksiya zamanı bütün dinlərin məhv edilməsinin vacibliyini bəyan edib. Ekspertlərin fikrincə, İsveç və Danimarkada Quranın yandırılması, islamafob “aksiya”nın hökuməti icazəsi və polis mühafizəsi altında keçirilməsi Qərb dövlətlərinin dini dözümsüzlük və ikili standartlarının təzahürüdür.
İlahiyyatçı Hacı Atif İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Qərb ölkələrində bu kimi halların intensiv hal alması və dövlət qurumlarının təxribata şərait yaratması xristian dünyasının müsəlman aləminin güclənməsindən qorxması ilə bağlıdır. Ekspert vurğulayıb ki, Quranın yandırılması aksiyasının digər səbəbi də müsəlmanlara qarşı ayrı-seçkilik və açıq düşmənçilik edilməsidir:

"Problem ondadır ki, bəzi dövlətlər əslində özləri buna şərait yaratmaqla birbaşa təxribatın iştirakçısına çevrilirlər. Əfsuslar olsun ki, özlərini öncəki "səmavi dinlərin daşıyıcıları" hesab edən bəzi əcnəbilər də Quranın ilahi kitab olmadığını iddia edir, islam düşmənlərinə dəstək verirlər. "İnsanlar öz fikirlərini ifadə etməkdə azaddırlar" kimi şüarlar altında başqa dinin müqəddəslərinə hörmətsiz yanaşmaq, insanların inancını təhqir etmək yolverilməz və təhlükəlidir. Dini kitabı yandırmaq "ifadə azadlığı" deyil, milyardlarla insanı hiddətləndirməkdir. Şübhəsiz, bunlar məqsədyönlü şəkildə həyata keçirilir. Avropa ölkəsindəki müsəlmanları provakasiyaya təhrik edirlər. Amma buna nail ola bilməyəcəklər. Hətta bir qrup müsəlman belə qərara gəliblər ki, Quran yandırılan ərazinin ətrafında öz vəsaitləri hesabına məscid inşa etsinlər. İslama qarşı mübarizə əks effekt verəcək. "Qurani Kərim"də buyurulur: "Onlar Allahın nurunu söndürməyə çalışsalar da, Allah öz nurunu tamamlayacaq". Heç kimin şübhəsi olmasın, sonda zəfər islamın və müsəlmanların olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm