Dini Komitənin sədri: "İrandan Azərbaycana qarşı istənilən hərəkət bumeranq kimi özünə qayıdır"
Yusif Nəzərli
08:20 15.12.2022
Cəmiyyət
412
"İrandan Azərbaycana qarşı istənilən hərəkət bumeranq kimi özünə qayıdır".
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Dini Komitənin sədri Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə ölkə vətəndaşlarının İrana getdiyini xatırladıb: “İranda dini təhsil alanlar arasında təsir altına düşənlər olub. Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır. İndi İranla yanaşı, başqa ölkələrdə də müəyyən dini təhsilin alınmasına ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, həmçinin müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayər qədər kadr hazırlamaq imkanımız var. Xaricdə din sahəsində təhsil alanlar həmin ölkələrin din modelini mənimsəyir və vətənə qayıtdıqdan sonra təbliğ etməyə çalışır. Hətta onların bəziləri İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür”.
M.Qurbanlı bildirib ki, İran İslam Respublikası hazırda dərin böhran keçirir: "Bu həm də orada din adı altında istifadə olunan siyasətin böhranıdır. Hökumət İranın Azərbaycan əleyhinə hərəkətlərinə son qoyulmasını tələb edir. İrandan Azərbaycana qarşı istənilən hərəkət bütün sahələrdə bumeranq kimi özünə qayıdır. İran Azərbaycanda bu və ya digər formada istənilən sahədə, həmçinin din sahəsində fitnəkar bir əmələ nail ola bilməz”.
Dini Komitənin sədri vurğulayıb ki, İran daima Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdəki dini abidələrin, məscidlərin dağıdılmasına göz yumub: "Erməni işğalçıları azad edilən ərazilərimizdə yerləşən 67 məsciddən 65-ni, həmçinin digər dinlərə aid ibadət evlərini dağıdıblar. Azərbaycandakı din xadimləri də İranın Ermənistana yaxınlığını, ona dəstək verdiyini görür, hazırda dövlətin yanındadırlar. Onlar da İranda din adı altında Azərbaycan əleyhinə addımları qətiyyətlə pisləyirlər. İranın Ermənistanla yaxınlığının müsəlman aləminə zidd olduğunu bildirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi