DİQQƏT !- “Yoluxma sayı 2-3 min olsa, hər yer qapadılacaq”
14:39 29.03.2021
Cəmiyyət
806
“Əslində qapadılma ilə bağlı veriləcək qərar məntiqsiz olacaq”
"Bu gün hardasa 4 məktəbdə distant təhsilə keçirildi. Birbaşa qapadılma təhsil sistemi üçün uğurlu yanaşma deyil, ənənəvi təhsil bizim üçün vacibdir". Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O, hər gün artan yoluxma faktı ilə bağlı fikirlərini bölüşüb:
"Qarşıdakı dövr ərzində 2000-3000 yoluxma göstəriciləri olarsa, ümumi sahələrin qapadılması ilə nəticələnəcək. Əslində qapadılma ilə veriləcək qərar məntiqsiz olacaq. 20-29 mart tarixində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyuldu. Tətil günləri olduğu üçün əksəriyyət evdə olub. Əsasən gündəlik işi olan şəxslər hərəkət etdilər. Virusa yoluxma faktının 10-14 gün ərzində üzə çıxdığını əsas götürsək, aprel ayının 3-4-də yoluxma sayı aşağı düşməlidir. Yəni, ictimai nəqliyyatdan istifadə etməməyin müsbət nəticələrini görə bilərik".
Ekspert yoluxmada artım qeydə alınarsa, ictimai nəqliyyatın qapadılması, açıq havada maskadan istifadə olunması kimi amillərin nəzərə alaraq müvafiq qərarın verilməsi tamamilə cəfəngiyyat olduğunu hesab edir:
"Ən doğru variant, bütün sahələrin fəaliyyət göstərməsidir. Bu iş birbaşa insanların məsuliyyətinə buraxılmalıdır. Müvafiq məsuliyyətli qurumlar günaşırı insanların maarifləndirməlidir. Beləcə, bu virus bəlasından qurtula bilərik. Əks halda məntiqsiz qərarlar işi daha da çətinləşdirir".
E. Əfəndi sonda əlavə edib ki, aprel ayında 11-ci siniflərin, iyun ayında 9-cu siniflərin buraxılış imtahanları keçirilməlidir:
" Əgər təhsili yenidən qapatsaq, nəticə əldə edə bilməyəcəyik. Yüz ölçüb, bir biçməliyik.1 ildir ki, onlayn tədrisdən yararlansaq da, uğurlu faydasını görmürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya