“Donor Sazişi”nin Azərbaycan üçün önəmi böyükdür”
Turan
15:16 12.05.2020
Cəmiyyət
727
“Əsas məsələ odur ki, Azərbaycan artıq Qərb təbabəti istiqamətində mühüm islahatlar həyata keçirməkdədir”
Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə ayrılıb. Bununla bağlı mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.
Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəldiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq tərəfdaşıdır. Azərbaycanın ÜST-lə əməkdaşlığı Təşkilatın Cenevrədəki baş qərargahı vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.
“Donor Sazişi” ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrdə koronavirus pandemiyasına nəzarət edir. Professor bildirib ki, ÜST Azərbaycanla bu məsələdə əməkdaşlıq edir və öz tövsiyyələrini verir:
“Ümumdünya Səhiyyə Təşkilatı çalışır ki, ölkələr pandemiyadan az itki verərək çıxsınlar. Ona görə də təşkilat müxtəlif dövlətlərlə daha sıx əlaqə qurmağa səy göstərir. ÜST-lə Azərbaycan arasında əməkdaşlıq getdikcə dərinləşir. Məlumdur ki, Azərbaycan tərəfi ÜST-ə 5 milyon dollar yardım ayırıb. Dövlətimiz bu addımı qlobal pandemiya ilə mübarizə çərçivəsində atıb və ÜST-ə öz dəstəyini ifadə etməklə beynəlxalq aləmi həmrəyliyə çağırıb. Məhz bu baxımdan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında “Donor Sazişi” imzalanıb. Bu, çox məqbul addımdır. Sazişin Azərbaycan üçün önəmi böyükdür. Əsas məsələ odur ki, Azərbaycan artıq Qərb təbabəti istiqamətində mühüm islahatlar həyata keçirməkdədir. Ona görə də ÜST-lə əməkdaşlıq önəmlidir. Düzdür, sazişin detalları ilə bağlı mətbuata açıqlama verilməyib. Lakin ümumi qeyd olunan məqamlardan aydın olur ki, ÜST Azərbaycanın koronavirusa qarşı mübarizəsini yüksək qiymətləndirir. Məncə, sazişin imzalanması müsbət haldır. Sazişdən sonra səhiyyə ilə bağlı bir çox məsələni təşkilatla koordinasiya etmək daha asan olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm