Dörd yaşlı qızı öldürüb quyuya atmaqda təqsirləndirilən şəxs HAKİM qarşısında
Yusif Nəzərli
07:14 26.05.2022
Cəmiyyət
363
Bakıda dörd yaşlı qızı öldürüb quyuya atmaqda şübhəli bilinən Mehman Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına göndərilib.
Qeyd edək ki, bu ilin fevral ayında Bakının Xəzər rayonunda istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.
O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun Məryəm Hüseynlinin qonşusu olduğu bildirilir.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual