“DOST vətəndaş-dövlət münasibətlərinin inkişafına öz töhfəsini verir”
Şəymən Bayramova
09:47 23.05.2020
Cəmiyyət
1108
3 saylı DOST mərkəzinin açılışında iştirak edən ölkə başçısı DOST mərkəzlərinin fəaliyyətə başlamasının sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürü kimi dəyərləndirib. Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalının 96 faizə çatdığını vurğulayan Prezident DOST mərkəzlərində göstərilən xidmətlərin sosial təminat sahəsində böyük yenilik kimi qiymətləndirib:
"Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".
Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə isə hesab edir ki, DOST mərkəzləri ASAN xidmət modelinin sosial təminat, məşğulluq və digər dövlət xidmətlərinə tətbiqidir:
"Adından da göründüyü kimi DOST-Dayanıqlı və Operativ Sosial Xidmət Agentliyi- qeyd edilən sahələrdəki dövlət xidmətlərinin dayanıqlı və operativ şəkildə vətəndaşlara göstərilməsini nəzərdə tutur. Bu sahələrdəki dövlət xidmətlərinin keyfiyyətinin əvvəllər nə qədər aşağı olduğunu, qeyri-şəffaf olduğunu ictimaiyyət yaxşı bilir. DOST agentliyinin və onun mərkəzlərinin yaradılması da məhz bu problemləri aradan qaldırmaq məqsədi güdür. Düşünürəm ki, bu mərkəzlərdə müasir ictimai xidmət anlayışının əsas xətt kimi qəbul edilməsi vətəndaşla dövlət arasındakı münasibətlərin qarşılıqlı inam, şəffaflıq, səmərəlilik və effektivlik prinsipləri üzrə qurulmasına öz töhfəsini verir və bunların əhatə dairəsini sürətlə genişləndirmək zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya