“Dünya ölkələri ordumuzun döyüş strategiyasını öyrənir” – İnanılmaz taktika !
Turan
09:49 31.12.2020
Cəmiyyət
595
“...Və hərbi strukturlarında müəyyən korrektələr edirlər”
"Yola saldığımız 2020-ci il koronovirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz üçün ən şərəfli il kimi tarixə qovuşur".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib ki, bu il Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "məğlubedilməz" erməni ordusunu cəmi 44 gün ərzində darmadağın etdi:
"30 il işğalda olmuş torpaqlarımız azad olundu. Azərbaycan, Ermənistanı hərbi-diplomatik, iqtisadi-siyasi, informasiya və s. sahələrdə tam üstələməklə, düşmənin uzun illər formalaşdırdığı stereotipləri məhv etdi. Dünya erməniliyinə sağalmaz zərbə vurmaqla, bəşəriyyətə işğalçının yerini göstərdi. Artıq ən güclü ölkələr belə Azərbaycan ordusunun döyüş taktikasını öyrənir və hərbi strukturlarında müəyyən korrektələr edirlər.
Azərbaycan xalqı, iyul hadisələrindən başlayaraq, miliyətindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşməklə görünməmiş milli həmrəylik nümayiş etdirdi".
Parlament üzvü vurğulayıb ki, dünyanın hansı ölkəsində yaşamasına baxmayaraq, soydaşlarımız küçələrə axışdı:
"Əksər hallarda say çoxluğuna baxmayaraq məşhur erməni diaspora təşkilatlarına qarşı dəyanət göstərdilər. Haqlı davamızda ordumuza dəstək oldular. Belə bir xalq heç vaxt məğlub olmaz. Xalqımızla, Qələbəmizin memarı Prezidentimizlə fəxr etməliyik. Qəhrəmanlarımızı, şəhidlərimizin ruhunu daim yaşatmalıyıq. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərə şəfa versin. Əziz həmvətənlər, sizləri təbrik edirəm, 2021-ci ildə normal həyata qayıtmağı, arzularınızın çin olmasını uca Allahdan diləyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm