Düymə basılıb: ”Yeni qoşun komandanlığı yaradılır” - Türkiyə modeli gəlir
Banuçiçək Kalbalıyeva
16:13 09.03.2021
Cəmiyyət
1588
Azərbaycan Silahlı Qüvvələrində quru qoşunları komandanlığı yaradılır. Hərbi mənbələrdən daxil olan məlumata görə, artıq Quru Qoşunlarının strukturu, tərkibi və idarəetmə sistemi ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Quru Qoşunları Komandanlığı müdafiə nazirinə deyil, bilavasitə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq.
Mənbənin məlumatına görə, gələn il, həmçinin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Türkiyədə olduğu kimi, müstəqil qoşun birləşməsi formasında Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq.
Hərbi ekspert Ədalət Verdiyev məsələ barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun fikrincə, bu, ordumuzun Türkiyə modelinə keçməsi üçün əsas şərtlərdəndir:
“Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə uyğunlaşdırılması üçün ilk növbədə Quru Qoşunları komandanlığının yaradılmasına ehtiyac var. Türkiyə Silahlı Qüvvələrinin hər bir ordu korpusunda özünə aid ciddi sayda xüsusi təyinatlıları və ya onların adlandırdığı kimi, kamando briqadaları mövcuddur. Bunların Azərbaycanda da yaradılması gözləniləndir”.
Ə.Verdiyevin sözlərinə görə, belə bir addım ciddi nəticələrə səbəb olacaq:
“Radio və radiotexniki kəşfiyyat istiqamətində də hərbi hissələrin formalaşdırılmasında fərqli strukturdan istifadə ediləcək. Ortalama olaraq bütün idarəetmə və struktur sistemini Türkiyə modelinə, dolayısı ilə NATO sisteminə uyğunlaşdırılacaq. Bu, hər iki ölkənin silahlı qüvvələrinin koordinasiyalı və sinxron şəkildə idarə edilməsinə imkan verəcək. Orduda olan çatışmazlıqların aradan qaldırılması prosesləri isə fasiləsiz davam edən normal fəaliyyətlərdir. Bilirik ki, müharibə ordunun yerinə yetirdiyi ən çətin və mürəkkəb vəzifələrdəndir. Burada çatışmazlıqların ortaya çıxması da gözlənilən idi. Həmin problemlərin də aradan qaldırılması qeyd etdiyimiz struktur dəyişiklikləri ilə paralel olaraq həyata keçiriləcək. Proseslərə artıq start verilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə