Düzgün idman növü seçilməyəndə faciə ilə nəticələnir
Düzgün idman növü seçilməyəndə faciə ilə nəticələnir
Yusif Nəzərli
15:23 02.05.2023
Cəmiyyət
496
“Uşaq peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə, onu idman zallarına göndərməyin”
Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib.
Ölən azyaşlının babası Ələsgər Məlikov "Baku TV"-yə açıqlamasında deyib ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub. Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş. Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdurlar.
Mütəxəssislərin fikrincə, məşqçilər azyaşlı ilə işləyəndə çox diqqətli və ehtiyatlı olmalıdır. Yəni azyaşlının ölümünə görə məsuliyyətin tam olaraq məşqçinin üzərində olduğu qeyd edilir.
Qeyd edək ki, 7 yaşlı uşağın məşq zamanı boynunun qırılaraq ölməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Faciə həmçinin uşaqların kiçik yaşlarda ağır idman növlərinə qoyulması problemini də aktuallaşdırıb. Məşqçilər qeyd edir ki, azyaşlılar ağır idman növlərinə yazılmazdan əvvəl onların bədəni yoxlanılmalı, bədən elastikliyi, sümük kövrəkliyi öyrənilməlidir. Əks halda, uşağın cəlb edildiyi və ya özünün seçdiyi idman onun ən yaxşı halda zədə almasına, pis halda isə ölümünə səbəb ola bilər.
Pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında bildirib ki, azyaşlılar üçün belə idman növləri təhlükəlidir. Həkim qeyd edib ki, idman uşaqlar üçün sağlamlıq olsa da, düzgün idman növü seçilməyəndə, bu, faciə ilə nəticələnir: “Uşaq peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə, onu idman zallarına göndərməyin. Sağlamlıq üçün üzgüçülük və gimnastika kifayətdir. İstər oğlanlarda, istərsə də qızlarda əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region