DYP sürücülərə müraciət edib
Yusif Nəzərli
07:51 28.02.2025
Cəmiyyət
387
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib.
İdarədən Sherg.az-a verilən məlumata görə, müraciətdə səfərə çıxan sürücülərə yol bərəkəti təhlükəsizliyinə, qaydalara riayət etmək tövsiyə olunur.
DYP-nin tövsiyələri:
1. Yol şəraitinə uyğun sürət seçin - havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər.
Telefon istifadəsi
2. Yolda diqqətli olun - səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır.
3. Təhlükəsizlik kəmərlərini bağlayın - hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir.
Avtomobilin texniki vəziyyəti
4. Avtomobilinizin texniki vəziyyətini yoxlayın - yola çıxmazdan əvvəl avtomobilinizin texniki vəziyyətini, xüsusilə əyləc sistemləri, işıqlandırma və təkərlərin vəziyyətini yoxlayın.
5. Yol polisinin tövsiyələrinə əməl edin - yolda hər hansı bir hərəkət məhdudiyyətləri və ya yol vəziyyəti ilə bağlı məlumat aldıqda, dərhal lazımi tədbirləri görərək yol polisi əməkdaşlarının göstərişlərinə riayət edin. Səfərinizin təhlükəsiz və rahat keçməsi üçün diqqətli və məsuliyyətli olun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat