Elçibəyin müşavirini öldürən Maqsudov haradadır?
12:28 27.11.2023
Cəmiyyət
419
Noyabrın 15-də piyadanın ölümü ilə nəticələnən qəzanı törətmiş həkim Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri kimi vəzifəsini davam etdirir.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, hazırda işinin başındadır.
A.Maqsudov tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssisdir. Peşəkar həkim 1989-cu ildən o zamankı “Semaşko” xəstəxanasında (hazırkı Kliniki Tibbi Mərkəz – red.) Toksikologiya şöbəsində çalışır. O, 1998-ci ildən isə Toksikologiya şöbəsinin müdiridir.
Xatırladaq ki, Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. O, sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. Türkiyədə yaşayan alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə Bakıya gəlibmiş. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ”Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda noyabrın 16-da keçirilmiş beynəlxalq elmi konfransa dəvət olunubmuş.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya