Əliyevlə Putin danışdı!- “Ermənistan Azərbaycanı yekun addımlar atmaq məcburiyyətində...”
Yusif Nəzərli
13:31 31.05.2022
Cəmiyyət
743
“Razılaşmalar Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Kreml öhdəlik götürən tərəf sayılır”
“Rəsmi Moskva Ukrayna istisna, digər bölgələrdəki böhranı qaldıracaq durumda deyil”
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı baş tutub. Müzakirə zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.Söhbət çərçivəsində iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib.
Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiqlənib.Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi vurğulanıb.
Telefon danışığını "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikirlərinə görə, məqsəd Rusiyanı məlumatlandırmaq, məsələyə dəstək verməsini təmin etməkdən ibarətdir:
"Ermənistandakı hakimiyyətin taleyi Azərbaycanda da maraq doğurur. Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan sərsəm açıqlamalar verir. 10 noyabr bəyanatının imzalanması ilə Ermənistan Azərbaycanın müstəqilliyini tanıyıb deyə, danışıqlara zərbə vuracaq fikirlər səsləndirir. Bu da Azərbaycanı yekun addımlar atmaq məcburiyyətində qoyur. Ermənistanda siyasi çaxnaşma səngimir. Ölkəmiz Ermənistanın tabe olduğu Rusiyanın mövqeyini öyrənməlidir.Razılaşmalar Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Kreml öhdəlik götürən tərəf sayılır. Rəsmi Moskva Ukrayna istisna, digər bölgələrdəki böhranı qaldıracaq durumda deyil. O iqtisadi imkanlar üçün başqa ölkələrə yönəlir, alternativlər axtarır. Alternativlər fonunda açılacaq Azərbaycan Ermənistan kommunikasiya dəhlizi Rusiya üçün dividentli görünür.
Rusiya Ermənistandakı daxili vəziyyətin kəskinləşməməsi üçün tədbirlər görməlidir. Əsas məsələ də Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılmalı, anklavlar məsələsi həllini tapmalı, Zəngəzur dəhlizi açılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm