Ermənilər Azərbaycana qarşı bu cinayətləri Rusiya silahları ilə törədib - İstintaq təsdiqlədi
Yusif Nəzərli
19:47 11.02.2025
Cəmiyyət
367
2020-ci il iyulun 12-16, 17, 24 və 25-da vahid niyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində 1 mülki şəxsi qəsdən öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi zamanı deyib.
Qeyd olunub ki, Tovuz rayonu Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər, Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər, Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazax rayonu Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə 69 mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “9K72”-“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindən istifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raket partlayışları zərbələri yetirməklə ümumilikdə 26 mülki şəxsi qəsdən öldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəş sistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən, minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərlə Bərdə rayonunda vahid niyyətlə ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya