Ermənilər hər zaman məscidlərimizə hörmətsiz yanaşıblar
06:48 24.11.2020
Cəmiyyət
577
Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, biz onlarla heç vaxt barışa bilmərik
Qarabağın onlarla, yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb. Bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, Dağlıq Qarabağda onilliklər ərzində 67 məsciddən 63-ü dağıdılıb: "Dağıdılmış tarixi və mədəni abidələrin sayı isə yüzlərlədir.
Qarabağdakı yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə diqqətdən kənar qaldığı vaxtda, xristian abidələrinin guya hücuma məruz qalması barədə məlumatları vicdansızlıq kimi qiymətləndirirəm. Obyektiv yanaşma sərgiləyən istənilən müşahidəçi qeyd edər ki, Azərbaycan özünü multikultural dövlət kimi göstərir və bütün dini adətlərə yeni səviyyədə hörmətlə yanaşır. Bakı dəfələrlə dünya dini liderlərinin sammitinin paytaxtı seçilib".
Mövzuya münasibət bildirən ilahiyyatçı-alim Atif İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, ermənilər hər zaman məscidlərimizə hörmətsiz yanaşıblar. İlahiyyatçı bildirib ki, onların bu cür hörmətsizlikləri dünya qarşısında da tənqid olunmalıdır:
"Biz onlarla heç zaman heç bir sahədə barışa bilmirik. Bu məsələnin daim gündəmə gəlməsi, ümumdünya miqyasına qaldırmaq hər birimizin şəxsi borcumuzdur. Bu yaxınlarda Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinovun məscidlərimizin ermənilər tərəfindən dağıdılması barədə danışması çox təqdirəlayiqdir.
Ümumiyyətlə, qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimiz sayılan 63 məscidin dağıdılması və ya birbaşa onlara qarşı təhqiramiz hərəkətlərin edilməsi dini inanclara zərrə qədər imanı olmayanların hərəkətidir. Təbii ki, dünyada müsəlmanlardan savayı digər dinlərə mənsub olan insanların da ən azı özlərinin müqəddəs saydığı şeylər var.
Həqiqi dinlərə mənsub olanlar özlərinin dini ideologiyalarına baxmış olsalar görərlər ki, Allaha ibadət olunan hər bir yer müqəddəsdir və onu qorumaq hər kəsin borcudur. Buradan aydın görünür ki, mənfur düşmənin apardığı çirkin siyasət nəticəsində onlar nə dini, nə də ki, mədəni mənəviyyata sahib deyillər.
Məscidlərin dağıdılması onların bir daha çirkin niyyətlərindən xəbər verir. İnanıram ki, tezliklə Ali Baş Komandanın əmri ilə həmin məscidlər bərpa olunacaq, yenidən insanlarımız ibadət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm