Ermənilər humanitar təşkilatları da hədəf seçib
05:39 30.10.2020
Cəmiyyət
557
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb
Azər Həsrət: "Bir dövlət, bir hərbi rejim həddini aşar bəlkə də, amma bu, hədsiz dərəcədə həddin aşılmasıdır"
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib. O, hadisə ilə sarsıldığını bildirib. Bəyanatda deyilir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm".
Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri qanuna, insanlığa sığmır.
O vurğulayıb ki, Gəncəni gecə bombalamaq, Bərdədə isə insanların çox toplaşdığı, ümumiyyətlə, heç bir hərbi bağlantısı olmayan məkanı bombalamaq, dinc əhalini öldürmək bütün bunlar insanlığa qarşı bəşəri cinayətdir:
"Dünyanın mütərəqqi qüvvələri buna uyğun qiymət və reaksiya verməlidirlər. Amma təəssüflər olsun ki, bir çox beynəlxalq insan haqları təşkilatları, yaxud da dövlətlərarası təşkilatlar bu cür məsələləri susaraq müşahidə edir. Ya da ki, ümumiyyətlə bu və ya digər şəkildə münasibət bildirərək, az qala Azərbaycanı da təcavüzkar dövlət olan Ermənistanla bir tərəzinin gözünə qoyurlar".
Ekspert diqqətə çatdırıb ki, Beynəlxalq Qızıl Xaç və ya bunun kimi təşkilatlar mütərəqqi missiyalara xidmət edirlər:
"Yəni onlar insanlara çətin anlarında yardımçı olmağa çalışırlar. Özəlliklə də, müharibə, təbii fəlakətlər, aclıq, xəstəlik dövründə bu cür təşkilatlar insanların ən yaxın köməkçiləridir.
Təəssüflər olsun ki, dünən Bərdə bombalanarkən həmin könüllülərdən bir nəfər də həlak olub. Əlbəttə ki, bu artıq Ermənistanın həddini aşmasını belə kölgədə qoyan bir faktdır.
Bir dövlət, bir hərbi rejim həddini aşar bəlkə də, amma bu, hədsiz dərəcədə həddin aşılmasıdır. Düşünürəm ki, artıq dünyanın mütərəqqi gücləri, insan haqları qurumları bu məsələdə susqunluq nümayiş etdirməməlidir.
Beynəlxalq Qızıl Xaç Komitəsi özü buna münasibət bildirib, lakin beynəlxalq amnistiya təşkilatları da gərək bu məsələyə münasibət bildirsinlər. Təəssüflər olsun ki, hələ də ikili standartlar davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət