Ermənilərin oğurladığı mahnılar Yutubdan silindi
Yusif Nəzərli
15:09 28.02.2025
Cəmiyyət
876
Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçıTiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib (açıqlanmışdır). Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib
Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu “Ter Hisus Ari” adı iləifa etmiş vəYoutube-nin “https://www.youtube.com/watch?v=5GycJzLzwuY” səhifəsində yerləşdirmişdir. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.
Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.
“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Youtube-nin “https://www.youtube.com/watch?v=OQSbC6Dr3Pc” səhifəsində yerləşdirilmiş və bununla da Tiqran Asatryan tərəfindən mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozub.
Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artash Asatryanın ifasında “Ter Hisus Ari” və Tiqran Asatryanın ifasında “Qez Hamar” adlı mahnılar Yutubun qeyd edilən səhifələrindən silinmişdir.
Bununla da “İntizar” manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, “Yeni il mahnısı”nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat