Ermənilərin yaraladığı şəxs “Bakcell”in əməkdaşıdır: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
08:49 30.12.2021
Cəmiyyət
506
“Bakcell” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib:
“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda “Bakcell” şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub”.
09:22
Dekabrın 29-u saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilir ki, ilkin araşdırmalarla “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
09:16
Ötən gün axşam saatlarında Ağdamda “Azercell” əməkdaşının qanunsuz erməni silahlı qruplaşmalarının açdığı atəşdən yaralandığına dair məlumatlar yayılır.
Belə ki, Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Rəhimlinin erməni silahlıları tərəfindən açılan atəş nəticəsində qolundan yaralandığı iddia edilir.
Məsələ ilə bağlı “Azercell Telekom” MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nə “Azercell”, nə də ki “Azercell” ilə əməkdaşlıq edən 3-cü tərəf şirkətlərin əməkdaşları arasında yaralanan və ya xəsarət alan yoxdur:
“Cəbhə xəttinə aid məlumatları ilk növbədə müvafiq dövlət qurumları ilə təsdiqləməyi və yalnız rəsmi mənbələrə istinadən xəbər paylaşmağı tövsiyə edirik. Qeyd olunan məsələyə gəldikdə isə hər bir halda, əgər hadisə baş veribsə, kimliyindən və hansı qurumda çalışmasından asılı olmayaraq, zərərçəkən həmvətənimizə tezliklə şəfa və can sağlığı arzu edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi