Ermənistan ərazi bütövlüyümüzü təsdiq edən sənədə imza atmalıdır
Turan
09:54 02.03.2021
Cəmiyyət
549
"Bu addım ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə töhfə verər"
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında mühüm məqamlara toxunub. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək: “Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır”.
Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, cənab Prezident mətbuat konfransında bir çox sualları çox ustalıqla və təcrübəli siyasi lider olaraq cavabladı. Deputatın sözlərinə görə, Prezidentin qeyd etdiyi kimi 10 noyabrda imzalanan üçtərəfli bəyanatın özü de-fakto sülh müqaviləsidir:
“Bu sənədlə qalib və məğlub tərəfin öhdəlikləri müəyyənləşib. Ermənistan kapitulyasiya aktına imza atıb. Əgər müharibə imzalanmış müqaviləyə əsasən bitibsə, elə bunun özü sülh müqaviləsidir. Əgər tərəflər Ermənistan-Azərbaycan münaqişəsi ifadəsini işlətmirlərsə və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdursa, bu, sülh müqaviləsidir.
Bundan sonra atılacaq addımlar Ermənistanın özünü necə aparmasından asılı olacaq. Əgər Ermənistan revanşist iddialara qapılıb imzalanmış müqavilədən çıxmaq cəhdləri etsə, bu, onlar üçün intihara bərabər olacaq. Ermənistanla Azərbaycan arasında imzalancaq son sənəd Yerevanın ərazi bütövlüyümüzü tam və rəsmən tanımasından sonra mümkündür”.
A.Badamov vurğulayıb ki, əslində dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Ermənistan özünü tərbiyəli apararaq səmimi qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edərsə, bu, Ermənistanın gələcəyi üçün faydalı olar.
Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına başlayıb. Əgər Ermənistan regionda həyata keçirilmiş və keçiriləcək layihələrdən bəhrələnmək istəyirsə, ərazi bütövlüyümüzü təsdiq edən sənədə imza atmalıdır.
Bu addım ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə töhfə verər. Əks halda münasibətlər 30 ildə necə qalıbsa, elə də qalmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya