"Ermənistan humanitar atəşkəs rejimini yenidən pozdu" - BƏYANAT
13:02 31.10.2020
Cəmiyyət
485
Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayev bəyanat yayıb.
Ali Məhkəmədən "Sherg.az"a daxil olan bəyanatda deyilir:
"27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endiriblər.
Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Dinc əhali arasında itkilərlə yanaşı, mülki infrastruktura da ciddi şəkildə ziyan dəyib. Bərdədə mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözənilmədən törədilən bu son hücumlar “Amnesty International”, “Human Rights Watch” və digər insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilib.
Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycana qarşı hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülmüş, 400-dən çoxu müxtəlif dərəcəli bədən xəsarəti almış və Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində xüsusi mülkiyyət daxil olmaqla 3000-dən artıq mülki obyekt məhv edilmiş və ya zədələnib.
Məlumdur ki, Ermənistan silahlı qüvvələri bu günə qədər dinc əhaliyə öz ərazilərindən və işğal olunmuş Azərbaycan ərazilərindən atəş açmaqda davam edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və "könüllülər" adlandırdıqları, əslində isə muzdlular olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.
Qeyd edilən halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alınaraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərərək Məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına əlavə olaraq silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə və Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağa tələb edib.
Öz növbəsində, Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bəyan etmişdir. Azərbaycan silahlı qüvvələri mülki əhaliyə hücumlara olan qadağaya riayət edilməsinə dair bağlılığını bir daha təsdiq edərək, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirir.
Beynəlxalq səviyyədə tanınmış öz sərhədləri daxilində dövlət suverenliyini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.
Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.
Biz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik".
Bəyanatı Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayev imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət