“Ermənistanda faşistlər qəhrəmanlaşdırılır” - ŞƏRH
Şəymən Bayramova
09:58 13.05.2020
Cəmiyyət
840
“Bu da onu göstərir ki, Ermənistan bütün dünya üçün böyük və ciddi təhlükə mənbəyidir”
Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində iştirak edən babasının fotosu ətrafındakı müzakirələr səngimir. Paşinyan bu fotonu paylaşdıqdan dərhal sonra əslində onun Sovetlər birliyinə qarşı vuruşması ilə bağlı faktların üzə çıxması Ermənistan baş nazirinin əsl xislətindən xəbər verir. Azərbaycan ictimaiyyətinin fikrincə ortaya çıxan faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyanın babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd etməsi faktı Ermənistan hakimiyyətinin faşizmə niyə belə sıx bağlı olduğunu bir daha ortaya çıxardı:
“Paşinyanın babasının faşistlərə xidmət etməsi göstərir ki, onun faşizm sevdası, faşizmin qəhrəmanlaşdırılmasına təşəbbüs göstərməsi heç də təsadüfi deyilmiş”.
Q.Hüseynli deyib ki, Prezident İlham Əliyev müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib:
“Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb. Bu il dünyada faşizm kimi böyük bir bəlanın üzərində Qələbənin 75 illiyi qeyd edildi. Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır. Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək qətiyyən yolverilməzdir. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir. Belə görünür ki, artıq faşizmin, qəddarlığın, amansızlığın icraçıları olan “qəhrəmanların” şərəfinə abidələr qoyulması Ermənistanın siyasətində prioritet istiqamətə çevrilib. Ermənistanın əvvəlki hakimiyyəti İrəvanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi, heykəl qoyulması, adlarına küçələrin, meydanların verilməsi Ermənistan rejiminin faşist əqidəsini açıq şəkildə nümayiş etdirir. Bu da onu göstərir ki, Ermənistan bütün dünya üçün böyük və ciddi təhlükə mənbəyidir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya