Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq
07:45 31.10.2020
Cəmiyyət
580
Azərbaycan Ordusu qısa zamanda tam olaraq işğal altında olan torpaqlarını azad edəcək
"Azərbaycan Ordusunun rəşadəti, yüksək döyüş ruhu, ardıcıl qazandığı qələbələr artıq Ermənistan cəmiyyətində, hərbi qüvvələr arasında təşvişə, qorxuya səbəb olub. Son günlərdə düşmənin canlı hərbi qüvvələr arasında ciddi itkilərin olması ordu rəhbərliyində, şəxsi heyət arasında ciddi özbaşınalığa, ruh düşkünlüyünə, döyüşdən imtina, fərarilik hallarına yol açıb. Bir çox hallarda isə erməni hərbiçiləri real məğlubiyyətlərini dərk edərək döyüşməyin mənasız olduğunu anlayır və icazəsiz döyüş postlarını tərk edirlər".
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. Politoloq vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqı tam olaraq səfərbər olmağa çağırmasına, zor və hədələrlə vətəndaşları döyüşməyə məcbur etməsinə baxmayaraq cəmiyyətin etirazı çoxalmaqdadır:
"Könüllülər və düşmən ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə kimi hallar baş alıb. Bu hal onu deməyə əsas verir ki, düşmən hərbiçiləri yaxşı anlayır ki, işğal etdikləri və mübarizə apardıqları torpaqlar Azərbaycanın qanunu, əzəli əraziləridir.
Onların müharibədən imtina etməkləri şəxsi heyət daxilində mənəvi-psixoloji durumun heç də yaxşı olmadığını göstərir. Ermənistanın hərbi-siyasi rəhbərliyi də yaxşı anlayır ki, Azərbaycan Ordusu qısa zamanda tam olaraq işğal altında olan torpaqlarını azad edəcək.
Bunun qarşısını almaq üçün Ermənistanın hər cür təxribatçı, terrorçu fəaliyyətinə, azərbaycanlılara qarşı soyqırım aktlarını törətməsinə baxmayaraq xalqımız öz suverenliyi, azadlığı uğrunda mübarizə aparmaq əzmindədir.
Artıq Ermənistan üçün məğlubiyyət qaçılmazdır. Beynəlxalq güclərin, ən yaxın müttəfiqlərinin dəstəyini itirməklə siyasi, o cümlədən də hərbi müstəvidə ciddi məğlubiyyətə uğraması ilə barışmayan Paşinyanın dirəniş göstərmədə israrlı görünməsi nəinki hərbi sahədə, hətta ölkənin iqtisadi-siyasi sahəsində mövcud böhranının dərinləşməsinə, sosial problemlərin, yoxsulluğun genişlənməsinə təkan verəcək. Bu vəziyyət nəinki Dağlıq Qarabağın itirilməsinə, hətta Ermənistanın iqtisadi-siyasi cəhətdən məhvinə və süqutuna yol açacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm