Ermənistanla Azərbaycan arasında yekun razılaşma olacaq
Yusif Nəzərli
07:20 10.06.2022
Cəmiyyət
633
Vaşinqton, Brüssel, Moskva tərəfinin açıqlamaları müsbət yöndədir
“Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. Rusiyanın xarici işlər naziri bildirib ki, tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir:
“Biz, Ararat Mirzoyanın dediyi kimi, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi mövzusuna da toxunduq”. Lavrov vurğulayıb ki, Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına və ümumilikdə bu regionda mövcud humanitar problemlərin həllinə kömək etməyə hazırdır: “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmalar əldə olunacaq, buna şübhə yoxdur. Liderlərimiz münaqişənin sona çatması, münasibətlərin normallaşması ilə bağlı praktiki məsələləri həll etmək üçün üç dəfə görüşdülər. Fikrimcə, prosesin irəli getməsi ilə bağlı ümumi fikrimiz var. Biz tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir. Əminəm ki, ikitərəfli münasibətlərin tam normallaşmasından başqa yol yoxdur”.
Lavrovun açıqlamasını “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə Rusiya XİN başçısının ifadələrinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Ekspert bəyan edib ki, Lavrovun İrəvandakı bəyanatı Azərbaycanın prinsipial mövqeyindən, konkret yanaşmasından irəli gəlir:
“Rəsmi Bakı Ermənistanla normallaşma prosesindən geri çəkilmir. Brüssel və Vaşinqton prosesə töhfə verməyə çalışır. Rusiya bundan narahat olduğu üçün Lavrovu İrəvana göndərərək baş diplomatın dili ilə tərəflərin sülh müzakirələri çərçivəsində pozitiv açıqlamalar verir. Əslində Moskva çalışır ki, Brüssel prosesini, Qərbin aktivliyini arxa plana keçirsin.
Amma Lavrovun necə deməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında yekun razılaşma olacaq. Türkiyə-Azərbaycan tandemi prosesi daha uğurla irəliyə aparır. Avropa İttifaqı da prosesə töhfə verir.
Ümumən, bütün tərəflərin açıqlamaları müsbət yöndədir. Rusiya da anlayır ki, proses reysə düşüb və bunu tormozlamaq qeyri-mümkündür.
O baxımdan irəli doğru istiqamətlənmiş prosesdə Kremlin daha aktiv rol oynamasını təmin etməyə cəhd göstərirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm