ETİRAZ! - Universitetləri reytinq yox, bufetlərdəki qiymət maraqlandırır
Yusif Nəzərli
14:36 22.12.2021
Cəmiyyət
519
“Xarici universitetlərindən fərqli olaraq, Azərbaycanda universitetlər reytinqlərə fikir vermirlər”
“Reytinqdə həm də tələbə və heyət məmnunuluğu nəzərə alınır. Bu məmnunluğa bufetlərin, kitabxaların iş fəaliyyəti aid edilir”
Son zamanların aktual müzakirə mövzularından biri də universitet bufetlərindəki qiymətlərdir. Demək olar, bütün tələbələr qiymətlərdən narazıdır. Ölkənin aparıcı ali təhsil müəssisələrindəki qiymətlər “əl yandırır”. Beynəlxalq praktikaya, yəni dünyanın üzdə olan ali təhsil ocaqlarının yeməkxanalarındakı qiymətlərə nəzər salsaq, bunun əksini müşahidə edərik. Bütün dünyada tendensiya belədir:
Tələbələrə 50 faiz endirim edilsin. Bizdə isə əksinə, təhsil haqları kimi, bufetdəki qiymətlər də bahadır. Hətta əskər tələbə xərci çıxmasın deyə, ya özü ilə dərsə şirniyyat gətiri, ya da universitet yaxınlığındakı mağazalara baş vurmalı olur. Bu barədə mediada dəfələrlə məqalələr tirajlansa da, univeristet rəhbərləri buna bir əncam çəkmirlər.
İqtisadçı-ekspert Nazim Bəydəmirli də "Sherg.az”a açıqlamasında qeyd edib ki, universitetlərin idarəçilik prinsipləri çox şəffaf olmadığına görə, onların verdiyi hər hansısa əlavə xidmət maya dəyərindən kifayət qədər bahadır:
“Onlar bu xidmətlərə qazanc mənbəyi kimi baxırlar. Xarici universitetlərindən fərqli olaraq, Azərbaycanda universitetlər reytinqlərə fikir vermirlər. Reytinqdə həm də tələbə və heyət məmnunuluğu nəzərə alınır. Bu məmnunluğa bufetlərin, kitabxaların iş fəaliyyəti aid edilir”.
İqtisadçı-ekspert həm də universitet rektorları haqqında danışıb:
“Universitet rektorları özlərini oliqarx kimi aparırlar. Öz yaxın qohumlarını universitet idarəçiliyinə cəlb edirlər. Bu səbəbdən də korrupsiya və rüşvətxorluq artır. Azərbaycanda 75-80 faiz tələbə öz və valideynlərinin vəsaiti hesabına ödənişli təhsil almaq məcburiyyətində qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət