Evi kondisionerlə qızdırarkən bir sıra qaydalara əməl edilməlidir
18:39 09.01.2022
Cəmiyyət
756
Qış aylarında mənzil və ofisləri isitmək üçün kondisionerdən də istifadə olunur. Amma burda müəyyən qaydalara əməl olunması vacibdir. Həmin qaydalara əməl edilməməsi insan sağlamlığı üçün fəsadlar yarada bilər.
Sherg.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pulmonoloq Əsəd Beydullayev bu barədə danışaraq, deyib: "Qaydaların gözlənilməməsi müəyyən xəstəliyi olanlara, xüsusilə faringitin kəskinləşməsinə, göz və burun quruluğuna səbəb ola bilər. Lakin onların hamısının önündə legionella deyilən bir infeksiya dayanır, həmin infeksiyaya yoluxma zamanı halsızlıq və eynən qripdə olan əlamətlər müşahidə olunur və onu kondisionerdən törəyən xəstəlik hesab edirlər. Oynaq ağrıları, temperatur yüksəlməsi, halsızlıq və qrip xəstəliyində olan əlamətlər baş qaldırır. Kondisionerdə kif göbələklərinin olması daha böyük fəsadlara səbəb ola bilir".
Sağlamlıqda belə fəsadlarla üzləşməmək üçün kondisionerlərin filtrləri vaxtında təmizlənməlidir. Təəssüf ki, əksər hallarda vətəndaşlar bu məsələyə laqeyd yanaşırlar: Əslində kondisionerin içərisindəki baraban və filtrlər təmizlənməlidir. İşləndikcə kondisionerə toz və gözə görünməyən bakteriayalar yığılır və onlar orqanizmə zərər vurur.
Bir məqama da xüsusi diqqət yetirmək tövsiyə edilir. Evi kondisionerlə qızdırarkən temperaturu yüksək etmək məsləhət görülmür. "İlk növbədə onu qeyd etmək istəyirəm ki, kondisionerdən istifadə olunarkən onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır. Evdəki kondisionerlə - istər yay, istərsə də qış ayları olsun - bayırdakı temperatur arasında 4-5 dərəcədən artıq fərq yaranmamalıdır", - deyə həkim-pulmonoloq bildirib.
Qaydalara riayət etmək sağlamlıq üçün mütləq şərtdir. Həmin tövsiyələrə əməl edilsə, təhlükələrdən sığortalanmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi