Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Yusif Nəzərli
18:28 05.12.2022
Cəmiyyət
310
Gənclər və idman naziri Fərid Qayıbov noyabrda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində F.Qayıbov “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” və “Azərbaycan Respublikasının İdman Ustası” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
İdmançıları salamlayan nazir bildirib ki, onlar beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən F.Qayıbov idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.
Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət