Gələn il üçün istirahət və bayram günləri açıqlanıb
Yusif Nəzərli
17:34 17.12.2021
Cəmiyyət
517
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq hüzn günü;
8 mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 may – Faşizm üzərində qələbə günü;
2, 3 may – Ramazan bayramı;
28 may – Müstəqillik günü;
15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
9, 10 iyul – Qurban bayramı;
8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.
2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.
2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyənləşdirilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 921 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhəri gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Bizim Instagram səhifə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat