“Gənc kadrlar ilk növbədə vətəndaşlara yardımçı olmalıdırlar”
Şəymən Bayramova
10:55 22.05.2020
Cəmiyyət
799
“Onlar etimadı doğrultmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər”
"Dövlətimiz gənclərə bu qədər dəstək verir, onların özlərini realizə etmələri üçün şans yaradır”
"Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir".
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısının hərzaman ölkə gənclərini dəstəklədiyini vurğulayan "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli deyib ki, Cənab Prezident İlham Əliyev daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışıb:
"Ölkə rəhbərinin gənclərə diqqət və qayğısı ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə qeyd edib ki, gənclər önə çəkilməlidir, gənclərin özlərini realizə etmələri üçün onlara meydan verilməlidir. Son illərdə gənclərin ön plana çəkilməsi də bu siyasətin məntiqi davamıdır. Artıq bir neçə rayonda icra başçısı gənclərdir, gənclər eyni zamanda Milli Məclisdə də təmsil olunurlar. Prezidentin bir neçə gün əvvəl verdiyi müsahibə zamanı dediyi bu sözlər gənclər üçün yol xəritəsi olmalıdır: "Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək".
H. Heydərlinin sözlərinə görə, dövlət əhəmiyyətli vəzifələrə təyin olunan gənc kadrlar onlara olan etimadı doğrultmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər: " Dövlətimiz gənclərə bu qədər dəstək verir, onların özlərini realizə etmələri üçün şans yaradır. Vəzifəyə təyin olunan gənc kadrlar ilk növbədə vətəndaşların problemlərini, qayğılarını dinləməli və onlara yardımçı olmalıdırlar. Prezidentin dediyi kimi "vətəndaşlar sizdən razı qalsa, mən də razı qalacam" sözləri çox əhəmiyyətlidir. Gənc məmurlar onlara göstərilən etimadı doğrultsa, bu digər gənclərə də stimul olacaq və onlar da durmadan öz üzərində çalışacaqlar ki, dövlətin etibarını doğrultsunlar. Bu baxımdan düşünürəm ki, gənclərin vəzifələrə təyin olunması davamlı olacaq və onlar əllərindən gələni edəcəklər ki, etimadı doğrultsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya