Gənclər arasında aqressiya və şiddət artır
Yusif Nəzərli
09:24 06.12.2022
Cəmiyyət
455
Orta və ali məktəblərimizdə təhsillə yanaşı tərbiyə işinə də xüsusi önəm verilməlidir
"Bir müddət bundan əvvəl Bakıda idman yarışında bir gəncin digər gənci bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə haqlı olaraq böyük əks-səda doğurdu. Cəmiyyətimizin gələcəyini düşünən hər bir insanı sarsıtdı". Bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, insanları ən çox narahat edən məsələlərdən biri cəmiyyətdə getdikcə artan aqressiya və şiddətdir: "Burada belə bir haqlı sual yaranır. Belə halların təkrarlanmaması üçün nə edilməlidir? Gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Belə halların qarşısının alınması üçün ölkəmizdə geniş maarifləndirmə və təbliğat işlərinə ciddi ehtiyac var. Təəssüf ki, bəzən kinolarımızda və bir sıra musiqi janrlarında gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da birmənalı olaraq gənclərimizin tərbiyəsinə ciddi təsir göstərir. Əgər belə halların baş verməsini istəmiriksə, gənclərə aqressiya, gücə meyl yox, insanlara sevgi və mərhəmət hissi aşılanmalıdır. Bu məsələdə ailə, bağça, məktəb və idman müəssisələrimizin üzərinə böyük məsuliyyət düşür".
Parlament üzvü vurğulayıb ki, orta və ali məktəblərimizdə təhsillə yanaşı tərbiyə işinə də xüsusi önəm verilməlidir:
"Bütün bu qurumlar layiqli, məsuliyyətli və mərhəmətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar da öz fəaliyyətlərində tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Cəmiyyətləri uçuruma aparan laqeydlik və biganəlikdir. Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa, gələcəkdə biz belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki, cəmiyyətin hər bir üzvü belə məsələlərə çox həssas yanaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət