Dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu da birmənalı olaraq dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Təsadüfi deyil ki, ölkə rəhbəri bütün çıxışlarında gənclərin Azərbaycanın inkişafındakı rolunu xüsusi vurğulayır.
“Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir”
Şəymən Bayramova
12:52 22.05.2020
Cəmiyyət
1099
“İslahatların həyata keçirilməsində də gənclərimiz mühüm rol oynayırlar"
Hazırda gəncliyin öz potensialını ortaya qoyması üçün ölkədə kifayət qədər şərait və imkanlar vardır. İstənilən aktiv gənc həm dövlət idarəetməsi sahəsində, həm də ictimai sektorda öz yerini asanlıqla tuta bilir.
Dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu da birmənalı olaraq dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Təsadüfi deyil ki, ölkə rəhbəri bütün çıxışlarında gənclərin Azərbaycanın inkişafındakı rolunu xüsusi vurğulayır.
"Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir". Bu sözləri Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində deyib.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı son vaxtlar gənclərin həm idarəetmədə, həm də digər sahələrdə önə çəkilməsini tədirəlayiq hal kimi dəyərləndirib:
"Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclər diqqət və qayğı ilə əhatə olunub. Bu gün də analoji diqqət və qayğı ölkə prezidenti tərəfindən davam etdirilir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bugünkü Azərbaycan gəncləri siyasi, iqtisadi, humanitar, sosial sferalarda fəallıq nümayiş etdirirlər. Onlar ruhən vətənə, dövlətimizə bağlıdırlar. Dövlətimizin və cəmiyətimizin bütün sahələrini əhatə edən islahatların həyata keçirilməsində də gənclərimiz mühüm rol oynayırlar".
AVP funksioneri hesab edir ki, dövlət əhəmiyyətli vəzifələrə təyin olunan gənc kadrların onlara olan etimadı doğruldub - doğrultmayacağını zaman göstərəcək:
"Gələcək üçün proqnoz vermək kifayət qədər çətindir. Kadrlar öncə onlara olunan etimadı doğrultmağı özlərində prioritet vəzifə hesab etməlidirlər. Hesab edirəm ki, burada məsuliyyət daha ciddi rol oynayır. Ümid edirəm ki, vəzifələrə yeni təyin olunanlar ölkədə gedən prosesi göz önünə gətirəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya