"Gənclərdən çox valideynlərini qınayıram"
Yusif Nəzərli
14:18 13.08.2023
Cəmiyyət
598
"Ailə həyatı mürəkkəbdir"
"19 yaşında olan gənclər kamil sayılmaz. Onların zamanında hər birimiz elə davranardıq. Çünki həmin illərdə gənclər bütün rəngləri gözəl görürlər. Cavanların aləmində qara rəng yoxdur. Hər şeyin həmişə qırmızı, çəhrayı qalacağını düşünürlər".
Bunu "Sherg.az" Əməkdar jurnalist Ləman Ələşrəfqızı gecə saatlarında evdən qaçan 19 yaşlı oğlanla qızın tapılmasından danışarkən deyib. O, diqqətə çatdırıb ki, ailə həyatı mürəkkəbdir. Ona görə də həmin gənclərdən çox valideynlərini qınayıram. Çünki ana-ata hər gün övladları ilə söhbətlər aparmalıdır. Allah məni belə bir aqibətlə heç vaxt rastlaşdırmasın. Çünki onu haqq etmirəm. Hər gün qızıma da, oğluma da deyirəm ki, ailə həyatını kamil yaşda, öz ayaqlarının üzərində dura biləndə qurmaq lazımdır. Bəzən qızların bir az tez ərə getmək istədiyini deyirlər. Həmişə onu təlqin edirəm. Birinci təhsil, iş, karyera, sonra ailə həyatı qurmaq haqqında fikirləşmək olar. Evlənmək həmişə var, təhsil isə yoxdur. Ana-atalar həmişə qızlarına təhsil almağın vacibliyi barədə öyüd-nəsihət verməlidirlər. Lakin bəzi ailələrdə qızlarımız göz açandan analarının onlar üçün cehiz yığdığını görürlər. Əlbəttə, bu halda qız ərə getməyə tələsəcək. Təki həmin cavanlar xoşbəxt olsunlar. Amma o uşaqların heç birinin əlində təhsili, yaşamağa yeri yoxdursa, onların hansı xoşbəxt həyatından danışmaq mümkündür?! Bəlkə də, 15-20 il bundan əvvəlki vaxtda xoşbəxt olardılar. Çünki bəzən böyüklərdən "sevdiyim yarım olsun, kol dibi yerim" kimi maraqlı atalar sözləri eşidirdik. Amma artıq heç kim kol dibini istəmir. Hamı gözəl evlərdə, saraylarda yaşamağı arzulayır. Allah həmin gəncləri xoşbəxt eləsin. Amma düşünürəm ki, səhv addımdır. Gənclik qaynar, emosional, çılğın olur. Eyni zamanda da yaşamağa yer, təhsil olmayanda məhəbbət bir gün tükənəcək".
Qeyd edək ki, bir aydan çoxdur, itkin düşmüş İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın yeri müəyyən edilib. Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq, Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını, vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq, bir daha geri qayıtmayıblar. Valideynləri onların itkin düşmələri ilə bağlı polisə məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq