"Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu" mövzusunda GÖRÜŞ - FOTO
Yusif Nəzərli
13:27 23.02.2022
Cəmiyyət
586
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində "Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyati QHT rəhbərləri iştirak ediblər.
Görüşün məqsədi gender zəminində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda QHT-lərin müzakirəsi olub.
Aygün Əliyeva bildirib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. "Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün şərait yaradılıb və mühüm işlər görülüb. Azərbaycanda fəaliyyət göstərən aidiyyati QHT-lərin zorakılıqla mübarizədə fəal iştirakı problemin həllində çox vacibdir”.
Günel Səfərova qeyd edib ki, ümumiyyətlə gender zəminində zorakılıq mövzusunda QHT-lərin fəaliyyətinin gücləndirilməsinə, dövlət qurumları ilə əməkdaşlıq edilməsinə ehtiyac var. "Azərbaycanda ilk dəfə gender zəminində zorakılıqla bağlı Milli Fəaliyyət Planına uyğun olaraq QHT-lərin və müvafiq dövlət qurumlarının iştirakı ilə "Gender gündəmi” hazırlanmasını istərdik. "Gender gündəmi” baş verən hadisələrə daha operativ reaksiya verilməsində və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayacaq”.
Sonra QHT rəhbərlərindən Novella Cəfəroğlu, Kəmalə Ağazadə, Məleykə Əlizadə, Vüsalə Hüseynli, Gülayə Səfərova, Samirə Mustafayeva, Sevinc Fədai, Ziba Nəbiyeva, Rahilə Mehtiyeva, Bahar Qasımova, Nailə İsmayılova, Pərvanə Məmmədova, Xanım Əhmədzadə çıxış edərək zorakılıq hallarının araşdırılmasında, zorakılığın bütün növlərinə qarşı mübarizə sahəsində və probleminin həllində QHT-lərin iştirakının əhəmiyyətindən danışıblar. QHT rəhbərləri "Gender gündəmi”nin hazırlanması, İstanbul konvensiyasının ratifikasiyasına nail olunması, məişət zorakılığı haqqında qanunda müdafiə mexanizmlərinin, qadınlardan ibarət platformanın, Bələdiyyələrdə qadın otaqlarının və təhlükəsizliklə bağlı mobil tətbiqin yaradılması təklifləri ilə çıxış ediblər.
Sonda QHT sədrləri adından bəyanat qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paris Yay Olimpiadasının medalları dəyişdirilir
17:36 25.02.2026
İdman
Rus general Azərbaycana gəlib, hərbi əməkdaşlıq müzakirə olunub
17:18 25.02.2026
Hərbi
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
17:03 25.02.2026
Ekologiya
Ermənistan müdafiə naziri Əli Laricani ilə görüşdü
17:01 25.02.2026
Gündəm
Yuxulamaq vəzifəyə qarşı hörmətsizlikdir - Mütəxəssis
16:37 25.02.2026
Elm və Təhsil
FHN-nin əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr əldə etdi
16:27 25.02.2026
İdman
Prezident İlham Əliyev Xocavənd kənd sakinləri ilə görüşüb
16:21 25.02.2026
Gündəm
İran mühasirədədir, rejim bir gündə çökə bilər - RƏY
15:52 25.02.2026
Region
Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bildirdi
15:44 25.02.2026
Region
Paşinyan iyunun 7-də qələbəyə hazırlaşır - Manukyan
15:36 25.02.2026
Siyasət
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb
15:16 25.02.2026
Cəmiyyət
Şagirdlərin elektron yerdəyişməsi başlayır
15:14 25.02.2026
Elm və Təhsil
Türkiyə İran-ABŞ müharibəsinə hazırlaşır
14:49 25.02.2026
Gündəm
Nepalda repçi baş nazir ola bilər
14:42 25.02.2026
Dünya