“Genderyönümlü pedaqogika” üzrə təlimləndirilən 400-ə yaxın müəllim təhsil sistemində gender bərabərliyini təşviq edəcək
Yusif Nəzərli
08:40 15.12.2022
Cəmiyyət
456
Bakı, Gəncə və Lənkəranda keçirilən “Genderyönümlü pedaqogika” üzrə təlimlərə cəlb edilən 400-ə yaxın müəllim gender bərabərliyi mövzusunda məlumatlılığını artırıb. Qeyd edilən təlimlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində keçirilib.
"Sherg.az" xəbər veri ki, təlimlərin əsas məqsədi layihənin hədəf regionları olan Bakı, Gəncə və Lənkəran şəhərlərində yerləşən ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə biliklərinin təkmilləşdirilməsi, gender bərabərliyinə əsaslanan təhsil sisteminin müxtəlif aspektləri haqqında məlumatlandırılması, həmçinin bu sahədə praktiki bacarıq və səriştələrinin artırılmasıdır.
Hədəf regionların hər birində 4 həftə davam edən interaktiv təlimlər müəllimlərin genderə həssas pedaqogika üzrə bilik, bacarıq və yanaşmalara yiyələnməsini təmin etməklə yanaşı, onların qız və oğlanların tədris və təlim proseslərində bərabər iştirakına imkan yaradan genderə həssas metodologiyalardan istifadəsinə dair məlumatlılığını artırıb.
“Biz məktəb və sinif daxilində şagirdlərə cinsindən asılı olmayaraq bərabər tədris və fəaliyyət mühitinin yaradılmasının vacibliyinə diqqət yönəltməyə çalışdıq. Eyni zamanda, sinif otağının oğlan və qız şagirdlərinin ehtiyaclarına uyğunlaşdırılmasının əhəmiyyətindən danışdıq. Təlimdə iştirak edən müəllimlər inkişafetdirici və dəstəkləyici mühitin təşkilində gender aspektini nəzərə almağın yeni yollarını öyrəndi və maraqlı təkliflərlə çıxış etdilər.” - Genderyönümlü pedaqogika üzrə “Təlimçilər üçün təlim” proqramının iştirakçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, təlimçi Gülşən Eminova bildirib.
Təhsil sistemi vasitəsilə məktəb icmaları və geniş ictimaiyyətin gender məlumatlılığının artırılması və gender stereotiplərinin aradan qaldırılması məqsədilə icra olunan “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində, həmçinin genderyönümlü pedaqogikaya dair yeni hazırlanmış məzmunun ibtidai pedaqoji təhsilin kurrikulumuna inteqrasiyası, eləcə də bu sahədə davranış dəyişikliyinə yönəlmiş kampaniyaların həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə üzrə hazırlanmış genderyönümlü pedaqogikaya aid təhsil resurslarının məzmunu müəllimlərin sinifdə qarşılıqlı əlaqəni genderə həssas və öyrənmə mərkəzli etmək üçün səriştələrini artırmaqla, onların peşəkar ehtiyaclarına cavab verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi