Geriyə yol yoxdur: “Xalqın malına göz dikən məmurlara qarşı mübarizə davam edir”
Şəymən Bayramova
12:11 18.05.2020
Cəmiyyət
842
“Ölkə başçısının xəbərdarlığını gözardı edib korrupsiyaya əl atan şəxslərin isə dövlət idarəçiliyində yeri olmayacaq”
"Prezident İlham Əliyev 2018-ci ilin Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində gələcək prioritetlərdən danışarkən qarşıda duran vəzifələrlə yanaşı inqilabi islahatların anonsunu vermişdi. Bu gün isə biz inkişafa xidmət edən islahatlarla bağlı həmin anonsların ardıcıl olaraq həyata keçirildiyini görürük".
Bu sözləri “Sherg.az”a millət vəkili Bəhruz Məhərrəmov deyib.
Deputat hesab edir ki, 2019-cu ildən başlanan bu islahatlar həm kadr, həm də struktur islahatları kimi təqdirəlayiq haldır. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi və müsbət bəhrə verməsi çox sevindiricidir:
"Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir. Ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə olunub və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunur".
Həyata keçirilən islahatların yeniləşməyə, inkişafa xidmət etdiyini xüsusi vurğulayan millət vəkili deyib ki, tələblər kifayət qədər sadədir. Əgər dövlət başçısı özünün xalqın xidmətçisi olduğunu deyirsə, məmurların bu xəttən kənara çıxmasının nə etik, nə də hüquqi baxımdan izahı var:
"Prezident İlham Əliyev demək olar ki, bütün müşavirələrdə işində nöqsanlara yol verənlərin cəzalanacağını təkrar- təkrar vurğulayıb, bütün məmurların məhz bu prinsiplə işləməli olduğuna dair xəbərdarlıq edir. Təbii ki, islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bundan sonrakı proseslərdə də islahatların davamı gözləniləndir. Bu xətlə uyğunlaşan şəxslər öz vəzifəsində qalacaq, ölkə başçısının xəbərdarlığını gözardı edib korrupsiyaya əl atan şəxslərin isə dövlət idarəçiliyində yeri olmayacaq. Ölkə başçısı ortaya kifayət qədər sərt iradə qoyub ki, xalqın malına göz dikən məmurlara güzəşt edilməyəcək. Məmurlar prezidentin çıxışlarından,keçdiyi dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Artıq geriyə yol yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət