
"Günahkar Nicat özüdür" - Ekspert
Yusif Nəzərli
08:18 15.08.2023
Cəmiyyət
937
"Neçə dəfə AVTOSFER.AZ saytında bu Nikonun qayda pozuntularını yaydıq, tənqid elədik. Adam vecinə almadı. DYP çağırıb cərimə yazdı. Yenə xeyri olmadı. Nəhayət, nəticə özünü göstərdi".
"Sherg.az" xəbər verir ki, bu sözləri feysbukda nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ağır avtomobil qəzası keçirənbloger Nicat Şakirli (Nikosayagi) haqda yazıb.

Ekspert qəzada günahı N. Şakirlidə görüb:
"Günahkar Nicat özüdür. Videoya baxdım. Yüksək sürət və sərt manevr bu qəzada əsas səbəbdir.
Tanınmış adamlar da qəzaya düşür, ölür, yaralanır, qolunu, sağlamlığını itirir. Tanınmışların çoxu qayda pozur, “polislər sağolsun, saxlayanda hörmət edirlər” deyirlər. Bir də onda ayılırsan ki, qolunu kəsdilər".
Qeyd edək ki, Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov idarəetməni itirərək "Porsche" markalı avtomobili yük maşınına çırpıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım birqadası cəlb edilib. Qəza nəticəsində 1 nəfər ölüb, minik avtomobili yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan vətəndaş 29 yaşlı Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, 23 yaşlı Rüstəmov Fəxri isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm