Gürcüstandakı azərbaycanlıların vəziyyəti müzakirə edilib
21:01 22.05.2020
Cəmiyyət
689
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Gürcüstandakı azərbaycanlı icmasının təşkilat rəhbərlərinin bir neçəsinin iştirakı ilə növbəti videokonfrans təşkil edilib.
24News.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Videokonfransda “COVID-19 pandemiyası ilə əlaqədar yaranan çətinliklər, həll yolları və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılıb.
Virtual tədbirdə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru Aygül İsayeva, Mərkəzin İdarə heyətinin sədri Murad Muradov, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzinin rəhbəri Ceyran Qurbanova, “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi”nin rəhbəri Əli Babayev, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin direktoru Akif Xansultanlı, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Anar Rəsulov, Nəriman Əliyev və Sabit Məmmədov iştirak ediblər.
Videokonfrans iştirakçıları Gürcüstanda pandemiyanın yaratdığı çətinliklərdən danışıb, karantin dövründə azərbaycanlı icması ilə bağlı həyata keçirdikləri xeyriyyə aksiyaları və yardım tədbirlərini qeyd ediblər. Videokonfrans zamanı Gürcüstanda azərbaycanlıların icma təşkilatlarının mövcud vəziyyəti, soydaşlarımızın qarşılaşdıqları problemlər, postpandemiya dövründə fəaliyyət istiqamətləri geniş müzakirə edilib.
Sonda təşkilat rəhbərləri yeni növ koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürlərini bildiriblər.
İştirakçılar virtual müzakirələrin əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin davamlı təşkil edilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.
(NewsBureau)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya