Həcc ziyarətinin qiyməti “əl yandırır” – Bir zəvvar üçün 8 min manat bahadır
Banuçiçək Kalbalıyeva
14:04 24.01.2020
Cəmiyyət
1588
Bu il Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarların kvotası müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb. Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar (7633 AZN) müəyyən edilib.
Təbii ki, bu məbləği asanlıqla ödəmək heç də hamı üçün mümkün deyil. Sosial şəbəkələrdə qiymətlərin yüksək olması ilə bağlı narazılıq var.
İqtisadçı-ekspert Natiq Cəfərli isə düşünür ki, təyin olunan məbləği ödəyərək Həcc ziyarətinə getmək tamamilə könüllülük prinsipinə əsaslanmalı və yalnız ailənin fiziki və maddi imkanlarından asılı olmalıdır.
O, Serq.az-a açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün müəyyən edilmiş məbləğə otel, nəqliyyat, yemək pulu və s. Daxildir:
“Bildiyimə görə, ölkəmizdə müqəddəs yerə ziyarəti Qafqaz Müsəlmanları İdarəsi ilə müxtəlif şirkətlər müştərək həyata keçirirlər. Müşahidələr göstərir ki, qiymətlər ildən-ilə artır. Lakin insanlar həmin şirkətlər vasitəsilə yox, özləri daha uzuc qiymətə Həccə gedə bilərlər. Həm dini, həm də iqtisadi qaydalara görə konkret məbləği ödəyərək Həcc ziyarətinə getmək yalnız insanın özündən asılıdır. Ən azından dində göstərilir ki, Həcc ziyarətinə getmək istəyənlər ailələrinin minimum altı aylıq dolanışığını təmin etdikdən sonra səfərə çıxa bilərlər. Bəzən kreditlə Həcc ziyarətinə gedənlər də olur. Mənə elə gəlir ki, bu təşəbbüs müqəddəs ziyarətin fəlsəfəsinə ziddir. Məncə, ancaq maddi vəziyyəti buna imkan verən insanlar Həcc ziyarətinə getməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə