Hələ sülh sazişi bağlanmayıb ! - “...Döyüşlər yenə başlaya bilər”
Banuçiçək Kalbalıyeva
05:52 10.03.2021
Cəmiyyət
894
Tanınmış hərbi jurnalist, Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu özünün “Facebook” hesabında maraqlı təkliflərlə çıxış edib. O, həmçinin bəzi nöqsanları da üzə çıxarıb. Hərbi jurnalist ordumuzla bu və ya digər formada bağlı olan bir sıra məqamları ictimailəşdirib, onların həllini tələb edib. Etiraf edək ki, ordumuzda illərdir müzakirə edilən müəyyən çatışmazlıqlar var. Onlar mütləq aradan qalxmalıdır. Heç olmasa, Silahlı Qüvvələrimizdəki məlum islahatlardan sonra...
R. Kərimoğlu gündəmə gətirdiyi məsələlərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:
- Müdafiə Nazirliyinin tərkibində İctimai Şuranın yaradılmasını nəyə görə zəruri hesab edirsiniz?
- Təxminən 5-6 il əvvəl nazirliklərin İctimai Şuraların yaradılması barədə qanun qəbul edildi. Həmin sənəddə hansısa istisna yoxdur. Elə isə niyə Müdafiə Nazirliyinin tərkibində İctimai Şura yaradılmır?! Millət vəkili Zahid Oruc parlamentin Müdafiə Nazirliyinə nəzarət etməsi məsələsini gündəmə gətirəndən sonra belə bir təkliflə çıxış etdim. Doğrudan da, sözügedən nazirlik üzərində nəzarət yoxdur. Keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov nazirlikdə “at oynadıb”. Korrupsiya, rüşvətxorluq baş alıb gedirdi. İndi düzgün nəzarət sistemi yaradılmalıdır. Beləliklə, vicdanlı hərbi ekspertlər, o cümlədən hüquq müdafiəçiləri İctimai Şuranın tərkibində yer alaraq, nazirliyin fəaliyyətinə nəzarət etməlidir.
- Hərbi hissələrdə və onların yaxınlığındakı mağazalarda qiymətlərin baha olmasına dair narazılığınızı ifadə etmisiniz. Bu informasiya sizdə haradandır?
- Özüm görmüşəm. Düzü, belə olduğunu bilmirdim. Müharibə dövründə qazi yoldaşlarımızla birlikdə cəbhənin cənub bölgəsində olduq. Hərbi hissədə qalırdıq. Deməli, şəhərdə iki manata olan siqaret hərbi hissələrdəki və onların yaxınlığındakı mağazalarda üç manatdır. Belə misallar çox çəkə bilərəm. Orda da məsələ ilə bağlı etiraz etdik. Sonradan kiçik bir araşdırma apardım. Məlum oldu ki, sözügedən hərbi hissələr Nəcməddin Sadıqova “hesab verirlərmiş”. Məndə olan məlumata görə, Füzulidən Tovuzadək keçmiş baş qərargah rəisinə hər ay 30 min manat vəsait gedirmiş. Bu gün də pul yığılır. Lakin həmin vəsaitin hara, kimə getdiyini heç kim bilmir. Odur ki, məsələ ilə bağlı DTX-nın rəisi general-polkovnik Əli Nağıyevə “Facebook” üzərindən müraciət etdim. Onun problemi araşdıracağına inanıram. Niyə kimlərsə əsgər və zabitlərimiz hesabına ciblərini doldurmalıdırlar?!
- Nə üçün “İkinci Qarabağ müharibəsi” anlayışının doğru olmadığını düşünürsünüz?
- Çünki yanaşma doğru deyil. Məncə, "Son döyüşlərin Şəhidləri, Qaziləri, veteranları" yazılsa, daha doğru olardı. Heç ermənilərlə sülh sazişi də bağlanmayıb hələ. Sabah yenə döyüşlər başlaya bilər. Ona da “Üçüncü Qarabağ müharibəsi deməliyik?” Bu, döyüşçülərimiz arasında da ayrı-seçkilik etmək deməkdir və əsla doğru deyil. Ona görə də təklif etmişəm ki, 2020- ci il, sentyabrın 27- də başlayan hərbi əməliyyatlar birmənalı olaraq “Son döyüşlər” adlandırılsın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə