“Hərbçilərimizə qayğı üçün dövlət proqramları hazırlanacaq” – Hərbi ekspert
17:47 03.12.2020
Cəmiyyət
516
Dekabrın 1-də Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, səfərbərliklə orduya çağırılıb döyüşlərdə iştirak edən bəzi şəxslər tərxis ediləcək. Tərxis olunmuş hərbi qulluqçularla, qazilər və şəhid ailələri ilə iş müharibədən sonra hansı şəkildə qurulacaq? Hökumət və vətəndaş cəmiyyəti bununla bağlı hansısa proqramlar hazırlayacaqmı?
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli mövzu ilə bağlı Lent.az -a danışarkən bildirib ki, hərbi qulluqçuların məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumat bazasında olduğu üçün tərxis olunma operativ şəkildə həyata keçiriləcək:
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qulluqçular haqqında məlumat bazası var və buna görə də, sərəncam operativ şəkildə icra ediləcək. SHXÇDX hərbi qulluqçuların səfərbərliyə çağırılması, Müdafiə Nazirliyinə təhvil verilməsi prosesini peşəkarcasına həyata keçirdiyi kimi, onların tərxis edilməsini də uğurla həyata keçirəcək. Artıq müharibə başa çatıb. Sərəncamda nəzərdə tutulmayan hərbi qulluqçularımızın da yaxın zamanlarda tərxisi barədə qərar veriləcəyini gözləyirik ".
Ekspertin sözlərinə görə, azad olunan rayonlarda dövlət sərhədlərini qorunması üçün yeni sərhəd zastavaları qurulacaq:
"Ordumuz işğaldan azad olunan ərazilərdə möhkəmləndirmə işləri həyata keçirir. Qısa müddətdə bu da başa çatacaq. Fizuli, Cəbrayıl və Zəngilanda İranla 132 km-lik sərhədimiz bərpa edildi. Ermənistanla sərhəddə də Qubadlı, Kəlbəcər və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin yeni zastavaları qurulacaq. Təbii ki, Ermənistanın təxribatlarının qarşısını almaq üçün orada DSX daha güclü xidmət aparacaq".
Emin Həsənli həmçinin bildirib ki, artıq müharibə bitdiyi üçün döyüşlərdə iştirak edən şəxslərə dövlət qayğısı daha da güclənəcək:
"Dövlət müharibədə iştirak edən hərbi qulluqçulara daim qayğı göstərib. Ordudan tərxis olunanların da sağlamlığı, məşğuliyyəti daim diqqət mərkəzində olacaq. İndiyə qədər qazilərə, veteranlara dövlət qayğısı olub. Bundan sonra isə bu qayğı üçün xüsusi dövlət proqramları hazırlanacaq və qanunvericilik xüsusi rol oynayacaq. Müharibə dövründə Heydər Əliyev Fondu daim hərbçilərimizin yanında oldu. Onların maddi-texniki və tibbi avadanlıq ehtiyaclarının təmin olunmasına yardım etdi.
Daim ən həssas döyüş bölgələrində oldu. Dövlət indiyə qədər I Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə mənzillər və avtomobillər verirdi. Övladları özəl universitetlərdə təhsil alsa belə, təhsil haqqından azad edirdi. Bundan sonra isə bu işlər daha da komplektləşdiriləcək. Bu istiqamətdə də Azərbaycan dünya üçün örnək olacaq. Bu günə qədər biz müharibəni bitirməmişdik. Ancaq şəhid ailələri və veteranlara qayğının bir gün tamamilə komplektləşdiriləcəyini bilirdik. Cəmiyyət tərəfindən də qalib ordunun mənsublarına münasibət həmişə yüksək dərəcədə olub və olacaq. Birinci və ya İkinci Qarabağ müharibəsi - fərqi yoxdur, şəhid və ya veteran olar hər kəs Azərbaycan üçün əzizdir.
Qanuna görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəxslər şəhid, hər hansı xəsarət alan, əmək fəaliyyətini itirənlər əlil, sağ qalanlar isə veteran hesab olunur. Biz hərbiyönümlü təşkilatlar bu istiqamətdə daim dövlətlə birgə əməkdaşlıq etmişik və bundan sonra da eyni qaydada fəaliyyət göstərəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə