Hərbi xərclərin artırılması düzgün siyasətdir
08:43 25.12.2020
Cəmiyyət
578
Çünki regionda vəziyyət hələ qeyri-stabil olaraq qalır
"Qardaş Türkiyə ilə müttəfiq olaraq yeni siyasi çağırışlara hazır olmalıyıq"
“Azərbaycan dövlətinin müdafiə və təhlükəsizlik xərclərini artırması, yeni siyasi-hərbi çağırışlara hazır olmasına əsaslanır. Dövlətimiz Ermənistanın işğalında olan əraziləri azad etməsinə baxmayaraq, hərbi xərcləri azaltmadı, əksinə, daha da artırdı. Bu, düzgün siyasətdir. Çünki regionda vəziyyət hələ qeyri-stabil olaraq qalır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında deyib. Politoloq vurğulayıb ki, yeni təhdidlərə və risklərə hazır olmaq üçün daha güclü orduya malik olmalıyıq:
“Ölkəmiz həssas və təhlükəsizliyin təhdid edildiyi bir regionda yerləşir. Daima təxribatlara hazır olmalı, ölkəmizə qarşı istənilən hərbi təcavüzün qarşısını almağa qadir olmalıyıq. Hazırda Ermənistanla sülh müqaviləsi bağlanmayıb, yəni müharibə etmək imkanlarından məhrum olsa da, Rusiyanın forpostu olaraq qalır. Bu da Ermənistanın daima Rusiyanın bir aləti olacağının göstəricisidir. Bundan əlavə, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı missiyası müəyyən suallar doğurur. Buradakı ermənilərin fəaliyyəti nəzarətdə saxlanmalı və qüdrətli hərbi üstünlüyümüzlə, bu ərazilərdə də suverenliyimizi bərpa etməliyik. Azərbaycan üç narahat qonşu - Rusiya, İran və Ermənistanla həmsərhəddir və bu ölkələrin ərazisinin bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Ona görə də hər üç ölkə daima çalışacaq ki, Azərbaycana təzyiq edə bilsin”.
M.Əsədullazadə qeyd edib ki, regionda yeni bir siyasi nizam və iqtisadi əməkdaşlıq ortamı yaradılsa da, öz hərbi gücümüzü inkişaf etdirməliyik:
“Qarabağ müharibəsi göstərdi ki, NATO və Avropa İttifaqı və bu kimi təşkilatlar siyasi cəhətdən Azərbaycan üçün heç nə vəd etmədi. Həmçinin bu təşkilatlar Rusiya işğalından əziyyət çəkən ölkələrə tam dəstək verməkdən çəkinir. Yalnız öz geosiyasi maraqları kontekstində məsələyə qarışır. Bu müharibə göstərdi ki, Azərbaycana bu kimi təşkilatlar deyil, müttəfiq dövlətlər lazımdır. Beynəlxalq təşkilatlar artıq öz funksiyasını itirib. Qeyd edim ki, Rusiya və İrandan daima ölkəmizə qarşı təhdidlərə hazır olmalıyıq. Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlanmalıdır. Güclü ordu, güclü iqtisadiyyat və müstəqilliyimizi qorumalı, qardaş Türkiyə ilə müttəfiq olaraq yeni siyasi çağırışlara hazır olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm