Heydər Əliyev Fondunun əməkdaşları Moskvada uşaq evində olublar
Yusif Nəzərli
06:35 31.05.2022
Cəmiyyət
478
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ailə qayğısından məhrum uşaqların “Naş dom” mərkəzində kukla tamaşası təşkil edib, uşaqlar üçün bayram tədbiri keçirib.
Bu barədə “Report”un Rusiya bürosu məlumat verir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova fondun uşaq evi ilə sıx əməkdaşlığından söhbət açıb: ”Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə burada uşaqlara baş çəkib, onlar üçün bayram tədbirləri təşkil edib. Burada tərbiyə alan uşaqlar dəfələrlə Bakıda səfər edib, oradakı 1 saylı uşaq evinin qonağı olub”.
“Naş dom” uşaq evinin direktoru Vadim Menşov Heydər Əliyev Fondu ilə əməkdaşlığın vacliyini vurğulayıb: “Heydər Əliyev Fondu hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarımız üçün bayram təşkil edir. Yanımızda olan və köməyimizə çatan belə dostlarımızın olduğundan çox şadıq”.
Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm