Hüquqşünas hadisəyə fərqli münasibət sərgilədi
Yusif Nəzərli
01:40 11.01.2022
Cəmiyyət
713
Qadının çörək sexində faciəvi ölümü ictimai əhəmiyyət daşıyan məsələdir
Ələsgər Məmmədli: "Hadisə ictimai rezonans doğurub deyə, onun yayılması və media tərəfindən işıqlandırılmasında hüquqi pozuntu yoxdur"
Çörək zavodunda işçi qadının faciəli ölümünü əks etdirən kadrlar bu günlərdə ən çox izlənən videodur. Hətta ictimai nəqliyyatda da sərnişinlər bundan danışır və bir-birinə “videonu görmüsən? Dəhşətdi…” deyib smartfonu “işə salırlar” – yəni görməmisənsə, bax. İnsanların bu faciə “həvəsi”nə heyrətlənməmək olmur. Deyəsən, insanlarımız şoudan bezib qandondurucu kadr “həvəskarları”na çevrilirlər getdikcə.
Birincisi, bu kadrların Tik-Tok, feysbuk kimi sosial şəbəkələrdə yayılmasının özü dəhşətdir. Bir insanın dəhşətli faciəsi əyləncəyə necə çevrilir? İkincisi, faciəli şəkildə vəfat etmiş insanın ailəsini, doğmalarını düşünəndə normal insanın qanı donur. Amma videonu maraq xatirinə, “mən də bunu gördüm”, “qonşudan dala qalma” prinsipi ilə izləyənlər bunu necə bacarır? Bir neçə gündür ki, sosial şəbəkələrin müzakirə mövzusu həm də budur; bu cür kadrlar yayılmalıdırmı? Vəfat etmiş şəxsin görüntülərini paylaşmaq nə dərəcədə etikdir və humanistliyə uyğundurmu? Vəfat etmiş şəxsin ailəsi, doğmalarının hissləri ilə oynamaq insanlığa sığmayan hərəkətdir.
Xatırladaq ki, hadisə yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda baş verib. Hadisə barədə Nərimanov Rayon Prokurorluğu məluat yayıb. Bildirilir ki, çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bəs bu görüntülər sosial şəbəkəyə haradan sızıb? Şübhəsiz, sexdə müşahidə kameraları var. Ola bilsin, məhz müşahidə kameralarındakı görüntü kimlərsə tərəfindən sosial şəbəkəyə ötürülüb. Yaxud da sexdə çalışanlar tərəfindən. Bütün hallarda bu kadrların yayılması acı təəssüf doğurur. Vəfat etmiş insanın ailəsi, doğmaları məlum kadrların yayılmasına görə məhkəmə iddiası qaldıra bilərmi?
Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında qeyd etdi ki, görüntülər, ola bilsin, hüquq-mühafizə orqanları, ya da zavod rəhbərliyi tərəfindən yayılıb:
- Bu artıq ictimai əhəmiyyət daşıyan məsələdir. Prokurorluqda istintaq başlayıbsa, bəlkə də kadrlar hüquq-mühafizə orqanları tərəfindən yayılıb. Yaxud da ictimaiyyətdən gələn reaksiyalar, eləcə də şəxsin ölümündə təqsirkar hesab edildiyi üçün zavod rəhbərliyi, sex işçiləri tərəfindən yayıla bilər ki, hadisənin bilərəkdən, yaxud qəsd niyyətilə deyil, sırf ehtiyatsızlıqdan baş verdiyini görüntülərlə təsdiq etsinlər. Yəni bu kadrların yayılması hüquqi bəraət üçün lazım ola bilər. Əlbəttə, bu hadisə və o kadrların yayılması vəfat etmiş şəxsin ailəsi üçün gərgin psixoloji durum keçirməsinə səbəb ola bilər. Təbii ki, ailə, doğmalar üçün bu, dəhşətdir. Amma hadisə ictimai rezonans doğurub deyə, onun yayılması və media tərəfindən də işıqlandırılmasında hüquqi pozuntu yoxdur. Sadəcə, qan görüntülərinin yayılması doğru deyil. Nəzərə alsaq ki, bu kadrları azyaşlılar da izləyə bilər, bu cür görüntülərin geniş yayılması məsləhət deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi