İbrahim Rəisi Prezident İlham Əliyevi təbrik edib
Yusif Nəzərli
14:36 01.04.2022
Cəmiyyət
520
İran İslam Respublikasının Prezdenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-nın xəbərinə görə, məktubda deyilir:
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.
Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.
Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.
İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.
Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya