"Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi".
İkiüzlü Fransa... – Sözdə demokrat, üzdə avtokrat !
10:25 30.11.2020
Cəmiyyət
607
“Rəsmi Paris öz strateji maraqlarını erməni lobbisinin maraqlarına qurban verdi”
“Əlbəttə, Fransa hökuməti bu sənədi tanımaya bilər, amma Senatın sözügedən qərarı islamofobiya və türkofobiyadan irəli gəlir”
“Bu qərar da, ilk növbədə, beynəlxalq hüququn tapdanması deməkdir”
Xəbər verdiyimiz kimi, Fransa Senatı noyabrın 25-də hökuməti "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnamə qəbul edib. Sənədin lehinə 305 senator səs verib, bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır. Sənəddə olan islamofob və türkofob yanaşma, Türkiyəyə qarşı iddialar müzakirələrə səbəb olub və bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa Senatının məlum qərarına münasibət bildirib:
"Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi".
Durumu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az”a açıqlamasında bildirib ki, belə bir sənədin qəbulu ikitərəfli və çoxhektorlu əlaqələrə zərbə vura bilər.:
“İlk növbədə, Fransa öz strateji maraqlarını erməni lobbisinin maraqlarına qurban verdi. Əlbəttə, Fransa hökuməti bu sənədi tanımaya bilər, amma Senatın sözügedən qərarı islamofobiya və türkofobiyadan irəli gəlir.
Demək olar ki, Fransa Senatında təmsil olunan müxalifət partiyaları məhz Türkiyənin regionda aktivliyinə zidd olaraq Qarabağ məsələsində Azərbaycanın qalib gəlməsinə qarşı yekdil qərar qəbul ediblər.
Bu qərar da, ilk növbədə, beynəlxalq hüququn tapdanması deməkdir. Mövcud addım isə hər zaman beynəlxalq ali hüquqlara dəyər verən və bunu ən ali strategiya hesab edən Fransanın ikili standartlarının və ikiüzlü yanaşmasının təzahürüdür”.
Ekspert diqqətə çatdırıb ki, Türkiyə və Avropa ittifaqı arasında çox güclü siyasi-iqtisadi əlaqələr var. Amma belə bir sənədin qəbul olunması Türkiyə- Avropa əlaqələrinə böyük zərbə vuracaq:
“Artıq Belçika və, Hollandiyada belə bir sənədin qəbul edilməsi ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, Avropa Türkiyənin böyük supergücə çevrilməsinin, Aralıq dənizində, Cənubi Qafqazda güclənməsinin qarşısının alınması üçün belə qondarma sənədlərin qəbulunu reallaşdıra bilər.
Azərbaycanla Türkiyə koordinasiyalı şəkildə Avropa dövlətləri ilə sıx əməkdaşlıq etməli, bu sənədlərin qəbulunun qarşısını almalıdır”.
Aysel İbrahimova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət