İlahiyyatçı: "Ölkəmizdə din siyasəti konsepsiyası yaradılmalıdır"
Yusif Nəzərli
08:15 17.10.2021
Cəmiyyət
513
"Ölkəmizdə din siyasəti konsepsiyası yaradılması vacibdir. Hətta deyərdim ki, gecikib".
Bu fikirləri "Sherg.az"a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
T.İrfan bu mövzuda ilahiyyatçı-alim, millət vəkili Ceyhun Məmmədovun parlamentdə səsləndirdiyi fikirləri dəstəklədiyini deyib:
"Bu gün ölkədə çoxsaylı iranmeylli dindarların yaranmasının bir səbəbi də bizdə milli islam modelinin formalaşmamasıdır. Məsələn, qardaş Türkiyədə normal İslam modeli var. Demək olar ki, bütün müsəlman ölkələrinin özlərinə məxsus modelləri var. Amma Azərbaycanda bunun tarixi kökləri olsa da hazırda bu görünmür. Odur ki, bu boşluğu irançılar doldurub. Fərqli, çoxsaylı məzhəblər, dini cərəyanlar olması təbiidir və bu dini tolerantlıq nümunəsidir. Ancaq bir - birinə qarşı düşmən mövqedə duran, xarici dövlətlərin siyasi maraqlarını din pərdəsi altında təbliğ edənlərin kökünü kəsmək üçün özümüzun milli mənəvi dəyərlərimizə, ənənəvi inancımıza, xalqımızın ruhuna uyğun, elmə, mədəniyyətə, vəhdətə əsaslanan, islamın əsl rayihəsindən kök alan milli islam modeli formalaşmalıdır. Bunun üçün xarici dövlətlərin ali dini rəhbərlərinə, şeyxlərinə, müctəhidlərinə tabe olan, təqlid edən, beyət edən inananlar maariflənməlidir. Bu maarifləndirmə işini də məsələn yerli dini təhsil almış Bakı İslam Universitetinin məzunlarına həvalə etmək olar. Çünki bu təhsil ocağında təhsil alan şəxslərin bir qismi ola bilsin dini elmləri müəyyən qədər zəif mənimsəyə bilərlər. Amma əksəriyyəti milli, dövlətli ruhda təhsil alanlardır. Və bu gün ölkədə milli islam modelinə qarşı xarici qüvvələrdən bəşər tapan gizli əllər bu universitetin bütün məzunlarının diplomunun tanınmaması haqda qərar qəbul etməyə nail olublar. Hətta dövlətin təhsil nazirliyi belə bu qüvvələrin təsiri altındadır və məhkəmələr də diplomları tanımaqdan çəkinir. Demək hələ də xarici qüvvələr ölkədə öz maraqları naminə milli dini təhsil alanların məscidlərdə yerləşməsinə, fəaliyyət göstərməsinə imkan verməmə gücündədirlər. Və öz kadrlarını məscidlərdə yerləşdiriblər".
T.İrfan hesab edir ki, ölkədə çox ciddi şəkildə din sahəsində islahatlara böyük ehtiyac var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət