İlk dəfə Ombudsman hüquq müdafiəçisini ziyarətə gəldi
22:42 03.03.2021
Cəmiyyət
501
Novella Cəfəroğlu: "Səbinə xanım məni çox sevindirdi, tək mən yox, işləyənlərin hamısı belə qiymətləndirilməlidir"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib. Ombudsman Aparatından bildirilib ki, Səbinə Əliyeva ölkəmizdə insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəal iştirakına görə N.Cəfəroğluna təşəkkürünü bildirib, ona fəxri fərman təqdim edib.
Görüşlə bağlı təəssüratlarını "Şərq"lə bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu Ombudsmanın ziyarətindən məmnun olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu ziyarət ölkəmizdə ilk dəfədir ki, baş tuturdu:
"Təbrik və fəxri fərman üçün ilk olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya təşəkkürümü bildirirəm. Bu məni həddindən artıq çox sevindiridi. Təbii ki, bunun əsas özəlliklərdən biri birinci dəfə olması idi. Ümumiyyətlə, Səbinə xanımla bizim intensiv əlaqələrimiz olur.
Hər zaman səbrlə bizi dinləyir və ona hər bir sözü rahatlıqla deyə bilirik. İşə anında müdaxilə edir və çalışır ki, bizə köməklik etsin. Hətta yerindəcə də köməklik edir. Çox saf və gözəl xanımdır.
Onun komandası da çox gözəl işləyir. Biz ondan qabaq da Ombudsmanla çox yaxşı işləyirdik. Amma Səbinə xanımın gəlişi, doğrudan da, bizim Ombudsman haqqında təəssüratımızı tamamilə dəyişdi. Ombudsman Aparatına və Səbinə xanıma xüsusi minnətdarlığımı bildirirəm.
Təbrik etməyi və fərman verməyi, məni çox məmnun etdi. Birinci dəfədir ki, bu cür görüş baş tuturdu. İstərdim ki, gələcəkdə bu cür hallar tez-tez yaşansın. Həqiqətən də işləyənlərin hamısına bu cür təbriklər və fəxri fərmanlar versinlər. Çox istərdim ki, tək mən yox, işləyənlərin hamısı qiymətləndirilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya